Slimfit
  1. TEXNOLOGİYA

Yaponiyada 2,5D-çap texnologiyası hazırlanıb

Yaponiyada 2,5D-çap texnologiyası hazırlanıb
Sakura

Yaponiyada 2,5D-çap texnologiyası hazırlanıb

Beynəlxalq “Ceatec Japan” qabaqcıl texnologiyalar sərgisində Yaponiyanın “Casio” şirkəti “Mofrel” çap texnologiyasına əsaslanan printerini - 2,5D-çap texnologiyasını təqdim edib. Bu texnologiya xüsusi olaraq hazırlanmış səthlərə müxtəlif teksturlar verir, sonda onları 16 milyon rəng çaları ilə boyayır.

AZƏRTAC “techcult.ru” saytına istinadla xəbər verir ki, yeni printerin hədəf auditoriyası dizaynerlərdir. “Mofrel” texnologiyası onlara xüsusi “rəqəmsal vərəqlərdə” parça, ağac, daş və keramikanın teksturlarını təqlid etmək imkanı verəcək. Onlar zahirən adi kağız vərəqlərinə bənzəsələr də, tərkibində karbohidrogen və akrilonitril olan mikrotoz qatını özündə ehtiva edir.

Vərəq printerin istiliyinin təsiri altında dizaynerə lazım olan təsvir alınanadək xarici teksturunu dəyişərək genişlənir. Bundan sonra istilik mənbəyi sönür, təsvir isə qalır.

Şirkət nümayəndələri ümid edirlər ki, 2,5D-çap texnologiyası müxtəlif teksturlara malik qeyri-adi təsvirlərin smartfonların korpuslarına çəkilməsi üçün smartfon istehsalçıları tərəfindən tələb ediləcək. Yaxın zamanlarda adi istehlakçılar üçün də əlyetərli olan versiya istehsal ediləcək. “Casio” 2,5D sənaye printerinin qiyməti 44 min dollardır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şuşa, Qarabağı Könüllü Müdafiə Batalyonu - 1992-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR