Slimfit
  1. DÜNYA

Yaponiya təhlükəsizlik məqsədilə banknotların dizaynını yeniləyir

Yaponiya təhlükəsizlik məqsədilə banknotların dizaynını yeniləyir
Sakura

Yaponiya təhlükəsizlik məqsədilə banknotların dizaynını yeniləyir

Yaponiya Baş nazirinin müavini və maliyyə naziri Taro Aso ölkənin banknotlarının dizaynının yeniləcəyi barədə planı elan edib.

AZƏRTAC NHK telekanalına istinadla xəbər verir ki, saxta banknotların dövriyyəyə daxil edilməsinin qarşısını almaq məqsədilə üç müxtəlif banknotun konstruksiyasında dəyişiklik aparılacaq. Bu, 2004-cü ildən sonra ilk dəfə həyata keçiriləcək.

T.Aso bildirib ki, on min yen dəyərində banknotun üzərində Yaponiyanın tanınmış sənayeçisi Eyiçi Şibusavanın əksi yerləşdiriləcək.

Beş min yen dəyərində banknotun üzərində Yaponiyada qadınların təhsilinin pioneri Umeko Tsudanın, min yen dəyərində banknotun üzərində isə bakterioloq Şibasaburo Kitasatonun görüntüsü yer alacaq.

Vüqar Ağayev

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şuşa, Qarabağı Könüllü Müdafiə Batalyonu - 1992-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR