Slimfit
  1. DÜNYA

Yaponiya Şərqi Çin dənizində qaz yataqlarının tədqiqinə görə Çinə etirazını bildirib

Yaponiya Şərqi Çin dənizində qaz yataqlarının tədqiqinə görə Çinə etirazını bildirib
Sakura

Yaponiya Şərqi Çin dənizində qaz yataqlarının tədqiqinə görə Çinə etirazını bildirib

Yaponiya Şərqi Çin dənizində Yaponiya ilə Çin arasında qaz yataqlarının tədqiqinə görə Çinə etirazını bildirib.

AZƏRTAC xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin baş katibi Yoşohide Suqa fevralın 7-də keçirilən ənənəvi mətbuat konfransında məlumat verib. Baş katib qeyd edib ki, Çin tərəfinə etiraz diplomatik kanallar vasitəsilə çatdırılıb. Y.Suqanın bildirdiyinə görə, Yaponiya hökuməti yanvarın sonlarında Çin qazma gəmisinin əvvəlki tədqiqat yerini dəyişərək yeni meydançaya keçməsi barədə dəqiq məlumata malikdir. Orta xəttin Çinə məxsus hissəsinə yaxınlaşan həmin gəmi burada tədqiqat işləri aparıb.

Baş katib Yaponiyanın dəfələrlə etdiyi xahişlərə baxmayaraq, Çin tərəfinin birtərəfli qaydada tədqiqatları davam etdirməsinin çox məyusedici hal olduğunu vurğulayıb. Y.Suqa qeyd edib ki, Yaponiya və Çin hələ də Şərqi Çin dənizində sərhədləri müəyyənləşdirməyiblər. Baş katib bəyan edib ki, Yaponiya hökuməti Çin tərəfini təbii ehtiyatlarla bağlı danışıqları tezliklə bərpa etməyə çağırmaq niyyətindədir.

Xatırladaq ki, Yaponiya və Çin 2008-ci ildə regiondakı qaz yataqlarının birgə istismarı barədə razılığa gəliblər. Həmin müqavilə ilə bağlı danışıqların dalana dirənməsinə baxmayaraq, Çin birtərəfli qaydada orta xətt yaxınlığında tədqiqatları davam etdirir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gözəl süni şəlalə

Redaktor seçimi

SON XƏBƏRLƏR