Slimfit
  1. İQTİSADİYYAT

Yaponiya səfiri "Khazar" Avtomobil Zavodunda olub

Yaponiya səfiri "Khazar" Avtomobil Zavodunda olub
Sakura

Yaponiya səfiri "Khazar" Avtomobil Zavodunda olub

Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Teruyuki Katori Neftçala Sənaye Məhəlləsində "Khazar" Avtomobil Zavodunda istehsal prosesi ilə tanış olub.

İqtisadiyyat Nazirliyindən Trend-ə verilən məlumata görə, səfirə məlumat verilib ki, "Khazar" Avtomobil Zavodu Sənaye Məhəlləsindəki ən böyük müəssisədir. Zavod ildə 10 min avtomobil istehsal etmək gücünə malikdir. Müasir texnologiyalar, avadanlıq və mexanizmlər əsasında qurulmuş zavodda "Khazar", "AzSamand" və "Peugeot" avtomobil modelləri istehsal edilir. Artıq zavodda avtomat ötürücü qutusu ilə təchiz olunmuş “Peugeot Khazar” avtomobillərinin istehsalına da başlanılıb. “Khazar” Avtomobil Zavodunda istehsal edilən avtomobillər AVRO-5 və beynəlxalq təhlükəsizlik standartlarına tam uyğundur.

Müəssisədə 200 nəfər işlə təmin edilib və istehsalın genişlənməsi ilə iş yerlərinin sayının 300-ə çatdırılması nəzərdə tutulur.

Ötən il zavodda 1000-dən çox avtomobil istehsal olunub. Bu avtomobillərin 95%-i artıq satılıb. "Khazar" avtomobilləri 2018-ci ilin avqust-sentyabr aylarında Moskvada keçirilən beynəlxalq avtomobil sərgisində nümayiş olunub və böyük maraqla qarşılanıb.

 

"Khazar" avtomobilləri “Made in Azerbaijan” brendi ilə xarici ölkələrə də ixrac olunacaq.

Səfir Teruyuki Katori zavodun işini yüksək qiymətləndirib, istehsalın genişləndirilməsi üçün böyük potensialın olduğunu vurğulayıb.

Neftçala Sənaye Məhəlləsində yüksək standartlara cavab verən 7 istehsal sahəsi, ikimərtəbəli inzibati bina, texniki və köməkçi binalar sahibkarların istifadəsinə verilib. Sənaye Məhəlləsinin inzibati binasında müasir ofis sahələri, iclas otağı, sərgi-satış mərkəzi, tibb məntəqəsi, poçt, yeməkxana və sənaye məhəlləsinin idarəedici təşkilatının və sahibkarların istifadəsi üçün nəzərdə tutulan sahələr mövcuddur. Hazırda Neftçala Sənaye Məhəlləsində 10 müəssisə fəaliyyət göstərir. Sənaye Məhəlləsinin rezidentləri tərəfindən istehsal sahələrinin yaradılmasına 45 milyon manatdan çox investisiya yatırılıb, 500-ə yaxın iş yeri yaradılıb.

“Khazar” Avtomobil Zavodu Neftçala Sənaye Məhəlləsinin rezidentidir.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Əliağa Kürçaylı məşhur xanəndə Cabbar Qaryağdıoğlunun qızı Şəhla xanımla evlənib.

Redaktor seçimi

SON XƏBƏRLƏR