Dərc edildi: Baxış sayı: 753
Yaponiya sahillərində naməlum sualtı qayıq müşahidə edilib
Yaponiya Özünümüdafiə Qüvvələrinin hərbçiləri ölkə sahillərinin yaxınlığında naməlum sualtı qayıq müşahidə edib.
Ens.az Modern.az-a istinadən xəbər verir ki, qayıq ilk dəfə iyunun 18-də Amamiosima adası yaxınlığında hərbi gəmi və patrul təyyarəsi tərəfindən müşahidə olunub.
İki gün sonra, iyunun 20-də həmin sualtı qayıq Yokoate adası sahillərində görünüb.
Yaponiya Müdafiə Nazirliyi sualtı qayığın hansı ölkəyə mənsub olduğu barədə məlumat verməsə də, bunun Çinə məxsus olduğu ehtimal edilir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət