Dərc edildi: Baxış sayı: 462
Yaponiya sahilləri yaxınlığında bir ada batıb
Yaponiyanın şimal sahilləri yaxınlığında, Kuril adalarının cənubundakı kiçik və əhalisi olmayan Esanbe Hanakita Kodzima adası suyun altında qalıb.
“Report” “İnterfax”a istinadən xəbər verir ki, Yaponiya Sahil Mühafizəsinin son dəfə 1987-ci ildə araşdırma apardığı ada dəniz səviyyəsindən 1,4 metr yüksəklikdə idi.
Esanbe Hanakita Kodzima adası Yaponiya hökumətinin hüquqlarını bəyan edərək müstəsna iqtisadi zonasını genişləndirmək üçün 2014-cü ildə adlar verdiyi 158 xırda adadan biridir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət