Slimfit
  1. DÜNYA

Yaponiya Rusiya ilə sülh müqaviləsi bağlamaqdan imtina etdi

Yaponiya Rusiya ilə sülh müqaviləsi bağlamaqdan imtina etdi
Sakura

Yaponiya Rusiya ilə sülh müqaviləsi bağlamaqdan imtina etdi

Yaponiya hökuməti Rusiya ilə iyunda G20 sammitində sülh müqaviləsi üzrə çərçivə sazişini bağlamamağa qərar verib.

Femida.az bildirir ki, bu barədə “Asahi” mənbələrinə istinadən xəbər verir.

Nəşrin məlumatına əsasn, Moskva və Tokio təhlükəsizlik və bəzi tarixi məqamlarla bağlı məsələlərdə razılığa gələ bilməyiblər.

Qeyd edək ki, mayın 31-də Tokioda Yaponiya və Rusiyanın Xarici İşlər və Müdafiə nazirlərinin görüşü baş tutmuşdu. “2+2” formatında keçirilən görüşündən sonra Yaponiyanın Xarici İşlər naziri Taro Kono ölkəsinin Rusiya ilə sülh müqaviləsi barədə danışıqları davam etdirməyə hazır olduğunu bildirmişdi.

Xatırladaq ki, Yaponiya və Rusiya arasında uzun illərdir sülh müqaviləsinin imzalanmaması iki ölkənin münasibətlərinə kölgə salır. 1855-ci ildə imzalanmış Ticarət və Sərhədlər barədə Traktata əsaslanan rəsmi Tokio Kunaşir, Şikotan, İturup və Habomai adalarının Yaponiyaya məxsus olduğunu bildirir.

İki ölkənin liderləri arasında razılaşmaya əsasən, hazırda danışıqlar 1956-cı ildə SSRİ ilə Yaponiya arasında imzalanan birgə bəyannaməyə əsasən aparılır. Sənədə əsasən, Moskva sülh müqaviləsi imzalandıqdan sonra Habomai və Şikotan adalarının Yaponiyaya qaytarılmasına razılıq verir.

Buna baxmayaraq, son vaxtlar aparılan danışıqlar heç bir nəticə verməyib. Moskva həmin adaların II Dünya müharibəsinin nəticəsi olaraq Rusiyanın tərkibinə daxil edildiyini bildirir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Super qapıçı

Redaktor seçimi

SON XƏBƏRLƏR