Slimfit
  1. İDMAN

5 futbolçumuz “Qarabağ”la oyunu buraxacaq - Postekoqlu

5 futbolçumuz “Qarabağ”la oyunu buraxacaq - Postekoqlu
Sakura

5 futbolçumuz “Qarabağ”la oyunu buraxacaq - Postekoqlu

“Qarabağ”la oyun öncəsi komandada yeni zədəli futbolçu yoxdur.

Ens.az Axar.az-a istinadən xəbər verir ki,bu sözləri “Tottenhem”in baş məşqçisi Ange Postekoqlu UEFA Avropa Liqasının əsas mərhələsində İngiltərədə “Qarabağ”a qarşı keçirəcəkləri ilk tur oyunundan öncə təşkil olunan mətbuat konfransında deyib.

Avstraliyalı mütəxəssis London klubunun heyətində beş futbolçunun Azərbaycan çempionu ilə matçı buraxacağını bildirib:

“Hücumçular Rişarlison və Vilson Odober sıradan çıxıb, Kristian Romero cəzalıdır. Ced Spens və Serxio Regilonun meydana çıxmasına isə həkimlər icazə vermirlər. Heyətdəki itkilərə baxmayaraq, komanda son oyunda və məşqlərdə yaxşı təsir bağışladı. Bu mənada ciddi problem olacağını düşünmürəm”.

Qeyd edək ki, sentyabrın 26-da “Tottenhem Hotspur” stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bu atın adı Shayne-dir. O dünyanın ən yaşlı atıdır. (Atların ömrü 25-30 ildir)

Redaktor seçimi

SON XƏBƏRLƏR