Slimfit
  1. İDMAN

Yaponiya millisinin Bakıda keçiriləcək dünya çempionatı üçün heyəti açıqlanıb

Yaponiya millisinin Bakıda keçiriləcək dünya çempionatı üçün heyəti açıqlanıb
Sakura

Yaponiya millisinin Bakıda keçiriləcək dünya çempionatı üçün heyəti açıqlanıb

Cüdo üzrə Yaponiya millisinin sentyabrın 20-də Bakıda start götürəcək dünya çempionatı üçün heyəti açıqlanıb. SİA-nın məlumatına görə, Yaponiya Cüdo Federasiyasının rəsmi saytı xəbər verir ki, yarışın favoritlərindən sayılan gündoğar ölkə təmsilçisi Azərbaycana 22 cüdoçu ilə gələcək. Onlardan 7-si 2017-ci ildə Macarıstanın paytaxtı Budapeştdə keçirilmiş dünya çempionatında fərdi, 4-ü isə komanda yarışlarının qalibi olub.

2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında qızıl medal qazanmış kişi çüdoçular Şohei Ono (73 kq) və Maşu Baker (90 kq), həmçinin qadın cüdoçu Haruka Tatimoto (70 kq) Bakıya gətirilməyəcək.

Kişilərin mübarizəsində 9 cüdoçu - Naohisa Takato, Ryuju Naqayama (hər ikisi 60 kq), Hifumi Abe (66 kq), Soiçi Haşimoto (73 kq), Sotaro Fudzivara (81 kq), Kenta Naqasava (90 kq), Aaron Volf (100 kq), Yusei Oqava və Hisayoşi Harasava (hər ikisi +100 kq) iştirak edəcək.

Qadınlardan ibarət komandanın heyətində də 9 cüdoçu - Funa Tonaki (48 kq), Ay Şişime, Uta Abe (52 kq), Miku Tasiro (66 kq), Tsukasa Yoşida (57 kq), Yoko Ono, Tidzuru Arai (70 kq), Şori Hamada (78 kq) və Sara Asaxina (+78) yer alıb.

Bakıdakı dünya çempionatında Yaponiya millisi qarışıq yarışlarda 4 cüdoçu ilə – Momo Tamaoki (57 kq), Akira Sone (70 kq), Arata Tatsukava (73 kq) və Şoiçiro Mukai (90 kq) təmsil olunacaq.

Qeyd edək ki, Milli Gimnastika Arenasında təşkil olunacaq dünya çempionatı sentyabrın 27-dək davam edəcək.

Müəllif: Elgün Vidadioğlu
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Florida, ABŞ

Redaktor seçimi

SON XƏBƏRLƏR