Slimfit
  1. DÜNYA

Yaponiya konstitusiyanı dəyişmək istəyir

Yaponiya konstitusiyanı dəyişmək istəyir
Sakura

Yaponiya konstitusiyanı dəyişmək istəyir

Yaponiyanın Baş Naziri Şinzo Abe dekabrın 9-da Tokioda təşkil olunan mətbuat konfransı zamanı Konstitusiyanı dəyişmək üçün qəti mövqe nümayiş etdirəcəyini bildirib.


Femida.az xəbər verir ki, parlamentin növbədənkənar sessiyasından sonra jurnalistlərin qarşısında çıxış edən Baş Nazir bu yolun heç də asan olmayacağını, lakin istəyinə nail olmaq üçün bütün iradəsini ortaya qoyacağını deyib.

Ş.Abe qeyd edib ki, yeni Reyva dövrünə qədəm qoyan Yaponiya irəli addımlamaq üçün lazım olan bütün gücə malikdir. Buna görə də o, gələcəyə böyük inamla baxır və ölkəni yenidən qurmaq üçün bütün təşəbbüsü öz əlinə alacaq.

Konstitusiyaya yenidən baxılmasının rəhbərlik etdiyi Liberal Demokratik Partiyanın əsas prinsiplərindən biri olduğunu deyən Baş Nazir əlavə edib ki, partiya bu seçkiqabağı vədini həyata keçirmək əzmindədir.

Mətbuat konfransı zamanı aşağı palatanın buraxılması ilə bağlı sualı cavablandıran Ş.Abe bildirib ki, hazırda o, yuxarı palataya iyulda keçirilən seçkilər zamanı verdiyi vədləri həyata keçirmək üçün çalışır.

Baş Nazir əlavə edib ki, o, qarşıda duran vəzifələri reallaşdırmaq məqsədilə cəmiyyətin mandatını qazanmaq üçün aşağı palatanı buraxmağa və yeni seçkilər keçirməyə hazırdır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Türkiyədə şəhid düşən əsgərin bacısı dəfn mərasiminə qardaşının formasınında.... Gözlər hər şeyi deyir...

Redaktor seçimi

SON XƏBƏRLƏR