Slimfit
  1. DÜNYA

Yaponiya ilə Cənubi Koreya arasındakı ixtilaf texnologiya mübadiləsinə mənfi təsir göstərə bilər

Yaponiya ilə Cənubi Koreya arasındakı ixtilaf texnologiya mübadiləsinə mənfi təsir göstərə bilər
Sakura

Yaponiya ilə Cənubi Koreya arasındakı ixtilaf texnologiya mübadiləsinə mənfi təsir göstərə bilər

Yaponiya hökuməti tərəfindən displey və yarımkeçiricilərin istehsalında istifadə olunan yüksək texnologiya materiallarının Cənubi Koreyaya ixracatına gətirilən əlavə məhdudiyyətlər koreyalı şirkətlərin biznesinə mənfi təsir göstərə bilər.

Report” “İnterfax”a istinadən xəbər verir ki, Yaponiya tərəfinin bu qərarı Cənubi Koreya hökumətinin 1910-1945-ci illər ərzində Yaponiya işğalında olmuş Koreya yarımadası əhalisinin icbari əməyə cəlb olunduğu müqabilində rəsmi Tokiodan təzminat tələbinə cavab olaraq verilib.

Belə ki, iyul ayının 4-dən qüvvəyə minən yeni qaydalara görə, müəyyən kimyəvi maddələrin Koreyaya ixracı müvafiq lisenziyalarla həyata keçiriləcək və istehsalçılar hər dəfə Koreyaya həmin malları göndərmək üçün xüsusi icazə almaq üçün ərizə verəcəklər. Nəticədə ixracat prosesi 90 günədək uzana bilər. Bu da Cənubi Koreyanın “Samsung Electronics”, “SK Hynix”, “LG Elektronics” kimi nəhənglər də daxil olmaqla texnologiya şirkətlərinin istehsalına mənfi təsir göstərə bilər.

Yaponiya hökuməti həmçinin ixracatın xüsusi nəzarətə məruz qalmadığı ölkələrin “ağ siyahı”sından Cənubi Koreyanı çıxarmaq niyyətindədir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

San Fransiskoda yerləşən bir şirkətin laboratoriyada toyuq tükündən hazırladığı toyuq əti

Redaktor seçimi

SON XƏBƏRLƏR