Slimfit
  1. DÜNYA

Yaponiya Çindən əqli mülkiyyətin mühafizəsinin gücləndirilməsini tələb edir

Yaponiya Çindən əqli mülkiyyətin mühafizəsinin gücləndirilməsini tələb edir
Sakura

Yaponiya Çindən əqli mülkiyyətin mühafizəsinin gücləndirilməsini tələb edir

Aprelin 14-də Yaponiya ilə Çin arasında işə başlayan yüksək səviyyəli iqtisadi dialoq çərçivəsində Tokio Pekini əqli mülkiyyətin mühafizəsi ilə bağlı tədbirləri gücləndirməyə çağıracaq.

AZƏRTAC Yaponiya KİV-lərinə istinadla xəbər verir ki, həmin görüşdə Yaponiya tərəfindən altı nazir, o cümlədən xarici işlər naziri Taro Kono, iqtisadiyyat, ticarət və sənaye naziri Hiroşiqe Seko və nəqliyyat naziri Keyiçi İşii iştirak edəcəklər.

Yaponiya nümayəndələri Pekini əqli mülkiyyyətin, xüsusən də Çində fəaliyyət göstərən yapon şirkətlərinə məxsus texnologiyaların mühafizəsini gücləndirməyə çağırmağı planlaşdırırlar. Onların, həmçinin Çini Yaponiyanın bir sıra rayonlarında istehsal edilən kənd təsərrüfatı və digər məhsullara qadağanı aradan qaldırmağa çağırmaq niyyətində olduqları da bildirilir.

Pekin 2011-ci ildə “Fukusima-1” AES-də baş verən qəzadan sonra bu qadağaları tətbiq edib.

Vüqar Ağayev

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dünyanın ən bahalı evini Frenk Bakli tikib. İrland dizayneri tikinti materialı əvəzinə puldan istifadə edib

Redaktor seçimi

SON XƏBƏRLƏR