Dərc edildi: Baxış sayı: 109
Həkim olmaq istəyənlərin NƏZƏRİNƏ: Baş nazir qərar imzaladı
Rezidentura təhsilinin məzmunu və təşkili qaydalarında dəyişiklik edilib.
Ens.az Oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Belə ki, rezidentura təhsili Nazirlər Kabinetinin ali təhsilin rezidentura səviyyəsi üzrə müəyyən etdiyi ixtisasların təsnifatına uyğun olaraq həkim-mütəxəssis hazırlığının ixtisaslaşmalar üzrə həyata keçirilməsini təmin edir. Hər bir ixtisas üzrə ixtisaslaşmalar həmin ixtisasın təhsil proqramında sahələr üzrə müəyyən olunur.
Həmçinin qaydalarda rezidenturada həkim-mütəxəssis hazırlığı aparılan ixtisaslar üzrə təhsilin müddəti ləğv edilib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət