Dərc edildi: Baxış sayı: 708
Yaponiya balinaları müdafiə etməkdən vaz keçdi
Yaponiyanın Balina ovu üzrə Beynəlxalq Komissiyadakı (IWC) üzvlüyünün müddəti bitir və ölkə dəniz məməlilərinin ovunu bərpa edə bilər.
TASS bildirir ki, yaponiyalı balıqçılara Antarktidada deyil, yalnız ölkə sularında balina tutmağa icazə veriləcək.
Yaponiya hökuməti ölkənin IWC-nin tərkibindən çıxacağını ötən ilin dekabr ayında elan etmiş və nəticədə bir sıra ölkələr tərəfindən tənqid atəşinə tutulmuşdu. O zaman rəsmi Tokio bildirmişdi ki, balinaların bəzi növlərinin sayının artmağı, onları kommersiya məqsədilə ovlamağa icazə verir.
Eyni zamanda hökumət tərəfindən bildirilmişdi ki, balinaların yeməkdə, onlardan alınan məhsulların isə məişətdə istifadə olunmağı qədim dövrlərdən bəri ölkə mədəniyyətinin bir parçasıdır.
Ölkə rəhbərliyi Yaponiyanın Komissiyanın tərkibində müşahidəçi qismində qalacağını qeyd edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət