Slimfit
  1. QƏHRƏMANLAR VƏ ŞƏHİDLƏR

Şəhid anası: "Oğlumla qürur duyuram, o xalqın da, mənim də gözümdə qəhrəmandır"

Şəhid anası: "Oğlumla qürur duyuram, o xalqın da, mənim də gözümdə qəhrəmandır"
Sakura

Şəhid anası: "Oğlumla qürur duyuram, o xalqın da, mənim də gözümdə qəhrəmandır"

Ötən il sentyabrın 19-20-də Azərbaycanın Qarabağ bölgəsində keçirilən antiterror əməliyyatlarında şəhid olan hərbi qulluqçuların məzarları ziyarət olunub.

Ens.az Oxu.az-a istinadən xəbər verir ki, Şəhidlərin yaxınları, ictimaiyyət nümayəndələri, eləcə də hökumət rəsmiləri İkinci Şəhidlər xiyabanına gələrək burada dəfn olunan şəhidlərin məzarlarına qərənfillər düzüb, əklil qoyub, onların xatirələrini ehtiramla yad ediblər.

"Oğlum Xocavənddə həyata keçirilən antiterror tədbirlərində şəhid olub. Ondan əvvəl üç müharibə görmüş zabit idi. 44 günlük Vətən müharibəsindən qələbə ilə qayıtmışdı, ancaq antiterror tədbirlərində qələbə qazansalar da, özü sağ gəlib çıxa bilmədi. Oğlumun ömrü yarım qaldı, amma şükürlər olsun ki, torpaqlarımızı qaytardılar. Oğlumla qürur duyuram, o xalqın da, mənim də gözümdə qəhrəmandır", - deyə şəhid anası deyib.

Ətraflı süjetdə:

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şuşalı kişi, 1890-cı il.

Redaktor seçimi

SON XƏBƏRLƏR