Yapon astronavtın boyu kosmosda 9 sm uzandı
Yapon astronavt Norişiqe Kanai beynəlxalq kosmik stansiyada olduğu 3 həftə ərzində boyunun 9 santimetr uzandığını bildirib.
Axar.az xəbər verir ki, bu barədə Kanai Tvitter hesabında yazıb.
“Sizə vacib xəbərim var. Mən fiziki parametrlərimin ölçülməsinin də daxil olduğu tibbi müayinədən keçdim. Nəticələr boyumun 9 santimetr uzandığını göstərdi. Bax beləcə 3 həftə ərzində uzandım”, - astronavt deyib.
Norişiqe Kanai həmçinin bundan sonra “Soyuz” gəmisinin oturacağına yerləşməyəcəyindən narahat olduğunu bildirib.
Qeyd edək ki, bir qayda olaraq astronavtlar qravitasiyanın yoxluğundan kosmik fəzada olarkən bir neçə santimetr uzanırlar. Yerə qayıtdıqdan bir neçə gün sonra isə onların boyu əvvəlki ölçüsünə qayıdır.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət