Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Yapon alimlərindən keçəllik probleminin həlli

Yapon alimlərindən keçəllik probleminin həlli
Sakura

Yapon alimlərindən keçəllik probleminin həlli

Yaponiyanın Yokohama Beynəlxalq Universitetinin alimləri yeni üsulla hazırladığı saç kökü yerləşdirmə metodu ilə kişilərin keçəlləşmə problemi həll olunacaq.

Milyonlarla kişinin ən böyük komplekslərindən biri olan keçəllik tarixə qovuşacaq. Yapon alimləri 10 il içərisində keçəlliyə son qoyulacaq bir metod hazırladıqlarını deyib.

Yaponiyanın Yokohama Beynəlxalq Universitetində araşdırma qrupu hazırladığı yeni bir üsulla qısa zamanda və bir dəfəyə 5 min tük follikulunu, yəni saç kökünü yerləşdirməyi bacardılar. Köhnə üsulla isə sadəcə 50 folikul yerləşdirə bilirdilər. Bu metod hazırda ən yaxşısı olduğu bildirilir. Alimlər siçan üzərində apardıqları sınaqların uğurlu olduğunu açıqlasa da insanlar üzərində 5 ildən tez tətbiq olunacağının mümkün olmadığını bildiriblər.

Professor Junji Fukuda araşdırmaların uğurlu olduğu təqdirdə 10 il içərisində bu üsulla hazırlanan müalicə metodu hər kəs üçün əlçatan olacağını bildirib.

Keçəllik kişilərdə orta yaş böhranı kimi dəyərləndirilir. Bu problemin həlli üçün uzun illərdir araşdırmalar aparılır, lakin saç tökülməsini yavaşladan müalicə üsulları olsa da, problemi kökündən həll edəcək metod hələlik yoxdur.

 

Tərcümə: Famil Ələkbərov

Mənbə: Euronews Türkiyə

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Məmmədbağır Bağırzadə (1950-2005) və Gülşən Qurbanova (1950-2006)

Redaktor seçimi

SON XƏBƏRLƏR