Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Yapon aliminin beyin üçün kəşfi- Səhər oyanan kimi dondurma yeyin

Yapon aliminin beyin üçün kəşfi- Səhər oyanan kimi dondurma yeyin
Sakura

Yapon aliminin beyin üçün kəşfi- Səhər oyanan kimi dondurma yeyin

Hazırda isti aylarda dondurma orqanizm üçün faydalı ola bilər. Amma dietoloq və həkimlər bu qidanın  insan üçün xeyrindən çox zərərindən danışır.
 
Lakin Tokio Universitetinin professoru Esixiko Koqa hesab edir ki, dondurmanı yuxudan oyanan kimi dərhal yemək lazımdır. Onun apardığı tədiqatlar göstərib ki, bu ərzaq beyini aktivləşdirir, diqqəti artırır və gün ərzində beyini daha məhsuldar edir.
 
Medicina.az xəbər verir ki, tədqiqat zamanı 87 nəfər 2 qrupa bölünüb: birinə səhər yeməyi kimi dondurma, digərinə isə çay, qəhvə verilib.
 
Professor bu insanlar üzərində test apararaq aydın olub ki, soyuq dondurma ilə səhərini açanlar gündəlik işlərində daha diqqətli, enerjili olub, informasiyanı asan mənimsəyib və az yorulublar. Onlarda alfa dalğaların artması qeydə alınıb. Dondurma bu adamlarda psixi gərginlik və qıcıqlanmanı da azaldıb. Dondurma yeməyən digər qrupdakılar isə beyin aktivliyinə görə birincidən geridə qalıb.
 
Professor yuxudan oyanan beyinə soyuq və şirin desertin müsbət təsirini sübut edib və insanları bu metoda əməl etməyə çağırıb. 
Lakin bir çox xəstələr var ki, onlar səhər tezdən dondurma yeməkdən özünü qorumalıdır.
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Verzaska çayı, İsveçrə

Redaktor seçimi

SON XƏBƏRLƏR