Dərc edildi: Baxış sayı: 705
YAP Milli Məclis rəhbərliyinə namizədləri müəyyənləşdirir
Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin növbəti iclası keçirilir.
Oxu.Az xəbər verir ki, YAP-ın Milli Məclisin sədri, sədrin I müavini və sədrin müavini vəzifəsinə namizədlərin irəli sürülməsi məsələsi müzakirə olunur.
Martın 5-də Konstitusiya Məhkəməsi Plenumunun iclasında fevralın Milli Məclisə keçirilmiş növbədənkənar seçkilərin nəticələri təsdiqlənib. Bununla da 121 nəfərin deputatlığı təsdiq edilib.
Qeyd edək ki, 33 saylı Xətai Birinci, 35 saylı Xətai Üçüncü, 74 saylı Lənkəran Kənd və 80 saylı İmişli-Beyləqan Seçki dairələrinin nəticələri etibarsız sayılıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət