Slimfit
  1. CƏMİYYƏT

YAP medianı təriflədi və mükafat verdi

YAP medianı təriflədi və mükafat verdi
Sakura

YAP medianı təriflədi və mükafat verdi

Yeni Azərbaycan Partiyasının (YAP) qərargahında 22 iyul – Milli Mətbuat Günü münasibətilə tədbir keçirilib.

Axar.az xəbər verir ki, tədbirdə Baş nazirin müavini, YAP sədrinin müavini-İcra katibi Əli Əhmədov çıxış edib. O bildirib ki, hazırda cəmiyyətin informasiya ilə təmin olunmasında yeni informasiya vasitələri – sosial şəbəkələr meydana çıxıb və onlar cəmiyyətin informasiya təminatında vacib rol oynayırlar:

“Vaxtilə yalnız qəzetlər vasitəsilə təmin olunan söz azadlığı hazırda daha geniş məzmun kəsb etməyə başlayıb ki, bu da həddən artıq operativlikdə mühüm rol oynayır. Hazırda informasiyanın vaxtında çatdırılmasında heç bir çətinlik yoxdur. İstənilən insan indi informasiya daşıyıcısna çevrilib. Dünyanın istənilən yerində baş verən informasiyanı bir neçə dəqiqə ərzində bütün dünyaya çatdırmaq mümknüdür. Bu, müsbət cəhətdir və bunu qeyd etmək lazımdır. Ancaq bu, eyni zamanda, məsuliyyət məsələsini artırır. Beləliklə, doğru məlumatı operativ yaymaqla yanaşı, qeyri-səhih məlumatların yayılması imkanları da artır. İnsanların şəxsi həyatına müxadilə imkanları genişlənir. Demək, bu, bir tərəfdən cəmiyyətə informasiyanın operativ çatdırılmasın mühüm rol oynayırsa, digər tərəfdən qeyri-düzgün məlumat yayılması imkanlarını da artırır”.

Əli Əhmədov qeyd edib ki, Azərbaycan cəmiyyətində də müsbət cəhətlərlə yanaşı, mənfi meyillər meydana çıxır:

“Ayrı-ayrı insanların şəxsi həyatına müdaxilələr olur, onlar mənəvi terrora məruz qoyulurlar. Yəqin ki, bunun mənfi tərəfləri də zamanla aradan qalxacaq. Ancaq bizim bugünkü söhbətimizin əsas mövzusu bu deyil. Söhbətimizin əsas mövzusu odur ki, Azərbaycanda söz və mətbuat azadlığı tam təmin olunub. Azərbaycan cəmiyyəti inkişaf edir, təkmilləşir. Bu komponentlər içərisində Azərbaycanın inkişafı bütün cəmiyyətin gözünün qarşısında olduğu kimi, mətbuatın da obyektivindən kənarda deyil. İnsanların həyat səviyyəsinin yüksəldilməsi üçün addımlar atılır. Minimum əmək haqqı və minimum pensiyalar bu il ərzində 2 dəfə artırılıb. Bu, çox ciddi və eyni zamanda cəsarətli addımdır. Çünki bu birdəfəlik ödəniş deyil, hər ay bu vəsait ödənilməlidir. Bu, büdcəyə böyük təzyiq deməkdir. Belə ki, büdcə xərcləri artırılmalıdır. Azərbaycan hökuməti bunun üçün ciddi baza yaradıb”.

Ə.Əhmədov qeyd edib ki, həyatımızın bütün sahələrində, o cümlədən məhkəmə sistemində islahatlar aparılır. İqtisadiyyatın diversifikasiyası davam etdirilir:

“Sabitlik Azərbaycanın ən böyük nemətidir. Xüsusilə bir sıra ölkələrdə müşahidə olunan qeyri-sabitlik fonunda Azərbaycanda hökm sürən sabitlik mühüm əhəmiyyət daşıyır. Bu, iqtisadiyyatın inkişafı üçün də mühüm şərtdir. Bunun dəfələrlə şahidi olmuşuq ki, sabitlik olmayan yerdə iqtisadi inkişafdan danışmaq mümkün deyil. İnsanlarımız gələcəyə böyük ümidlə baxırlar. İnsanlar öz həyatları, övladlarının həyatı üçün nigaranlıq keçirmirlər. Hansısa gözlənilməz hallar mövcud deyil. İnsanlar öz övladlarının gələcəyi üçün planlar qururlar. Bütün bunlar hamısı böyük üstünlüklərdir”.

Baş nazirin müavini bildirib ki, Azərbaycan özünün resurslarından istifadə etməklə beynəlxalq aləmdə mövqelərini daha da möhkəmləndirir:

“Bakı dünyanın ən gözəl şəhərlərindən birinə çevrilib. Mətbuat nümayəndələri olaraq siz bunu yaxşı bilirsiniz. Çünki bu tədbirlərin cəmiyyətə çatdırılmasında yaxından iştirak edirsiniz. Beləliklə, gənc, müstəqil Azərbaycan dünya üçün maraq kəsb edən bir ölkəyə çevrilib”.

Bununla belə, Əli Əhmədov təəssüf hissi ilə bildirib ki, Azərbaycanı dünyaya başqa cür təqdim etmək istəyənlər də var:

“Bu çox təəssüf doğurur. Yəqin ki, bu, müəyyən qədər də təbiidir. Bu qədər inkişaf edən, rəqabət qabiliyyəti artan ölkəyə qarşı informasiya müharibəsinin aparılması anlaşılandır. Amma bizi təəccübləndirən odur ki, bu prosesdə az sayda da olsa, Azərbaycan vətəndaşları da iştirak edirlər. Bizi narahat edən odur ki, ayrı-ayrı şəxslərin mövqeyi Azərbaycan cəmiyyətinin mövqeyi kimi təqdim edilir. Hesab edirəm ki, informasiya qurumları, jurnalistlərin bu informasiya müharibəsində iştirakı çox vacibdir”.

Baş nazirin müavini əlavə edib ki, bugünkü Azərbaycanı ciddi əsaslarla tənqid etmək çox çətindir:

“Azərbaycan sözün yaxşı mənasında qibtə yaradır. Ona görə də ölkəmizə əsassız hücumlar olur. Biz bunun qarşısını almalıyıq. Bunun qarşısına Azərbaycan reallıqları fonunda faktlar qoymalıyıq”.

Əli Əhmədov onu da vurğulayıb ki, YAP media ilə geniş əməkdaşlıq edir və bu əməkdaşlıqda bundan sonra da maraqlıdır. Tədbirin sonunda bir qrup media orqanı əməkdaşı YAP tərəfindən mükafatlandırılıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

XIX əsrə aid Gəncə qadın geyimi

Redaktor seçimi

SON XƏBƏRLƏR