Slimfit
  1. AZƏRBAYCAN

YAP-ın yeni inzibati binasının tikintisinə xərclənən vəsaitin həcmi açıqlanıb

YAP-ın yeni inzibati binasının tikintisinə xərclənən vəsaitin həcmi açıqlanıb
Sakura

YAP-ın yeni inzibati binasının tikintisinə xərclənən vəsaitin həcmi açıqlanıb

 Hakim Yeni Azərbaycan Partiyasının (YAP) yeni inzibati binasının tikintisinə xərclənən vəsaitin həcmi açıqlanıb.

Report”un xəbərinə görə, partiyanın İdarə Heyətinin bu gün keçirilən iclasında YAP-ın ötən ilə dair gəlirləri və xərcləri barədə hesabat verilib.

Bildirilib ki, 2018-ci ildə Yeni Azərbaycan Partiyasının gəlirləri milyon 413 min 1 manat olub.

Qeyd olunub ki, hesabat ilinin əvvəlinə partiyanın cari və ehtiyat hesablarında 6 milyon 446 min 14 manat olub.

"Yeni Azərbaycan Partiyasının hesabına daxil olan maliyyə vəsaitinin 4 671 869 manatı partiyanın İcra Katibliyinin və yerli təşkilatlarının əməkdaşlarının əmək haqqının ödənilməsinə, 633 991 manatı partiya və onun yerli təşkilatlarının, gənclər və qadınlar təşkilatlarının keçirdiyi tədbirlərin maliyyələşməsinə, xeyriyyə aksiyalarına, 184 197 manatı ezamiyyə xərclərinə, 447 067 manatı inventarların alınmasına, 6 882 258 manatı Yeni Azərbaycan Partiyasının yeni inzibati binasının tikintisinə, 232 863 manatı təmir işlərinə, 453 255 manatı kommunal və təsərrüfat xərclərinə, 288 019 manatı yanacaq və avtomobillərə xidmət işlərinə, 71 125 manatı bank xidmətinə, 57 692 manatı dəftərxana xərclərinə, 33 035 manatı çap işlərinə, 212 817 manatı isə sair xərclərə sərf edilib" - hesabatda əks olunub.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gəncənin keçmiş Sabir küçəsindən görüntü. 19-cu əsrin arxivindən fotosənəd.

Redaktor seçimi

SON XƏBƏRLƏR