YAP-çı deputatlar ayrıca iclasa çağırıldı
Hakim Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının saat 11-ə təyin olunan iclası başa çatıb.
Modern.az-ın əldə etdiyi məlumata görə, növbəti iclas bu gün saat 14:00-da keçiriləcək.
Bu iclasa Milli Məclisdə təmsil olunan Yeni Azərbaycan Partiyasından olan deputatlar qatılacaq. YAP-çı deputatların hər birinə toplantıya qatılmaları tövsiyə olunub.
Sabah isə Milli Məclisin iclasında hakim partiyanı təmsil edən çoxluq parlamentin buraxılması barədə məsələ qaldıracaq.
Qeyd edək ki, hazırda Milli Məclisdə YAP-ın 69 deputatı fəaliyyət göstərir.
Azərbaycanda son parlament seçkiləri 1 noyabr 2015-ci ildə keçirilib.
Milli Məclisidə 125 deputat yeri var və bütün deputatlar majoritar seçki sistemi ilə seçilirlər.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət