Dərc edildi: Baxış sayı: 472
Yanvarda dəniz limanlarında 728 min tonadək yükləmə-boşaltma işləri görülüb
Yanvarda dəniz limanlarında 727 min 800 ton həcmində yükləmə-boşaltma işləri həyata keçirilib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, yüklərin 641 min 600 tonunu və ya 88,2 faizini tranzit yüklər təşkil edib. Fevralın 1-nə limanlarda qalan yüklərin həcmi 19,7 min ton olub.
Ay ərzində dəniz nəqliyyat ilə daşınmış sərnişinlərin sayı 2018-ci ilin yanvarına nisbətən 71,4 faiz artaraq 1,2 min nəfərə çatıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət