Dərc edildi: Baxış sayı: 478
Yanvarda çoxmərtəbəli binalar üzrə 1763 mənzilə qaz verilib
“Azəriqaz” İstehsalat Birliyi çoxmərtəbəli binalara təbii qazın verilməsi istiqamətində fəaliyyətini davam etdirir.
“Report”un “Azəriqaz”a istinadən verdiyi məlumata görə, birlik bu ilin yanvar ayı ərzində hüquqi və fiziki şəxslərin müraciətlərini araşdıraraq, müvafiq sənədləri təqdim olunan çoxmərtəbəli binalar üzrə təbii qazın verilməsini təmin edib. Həmin binalarda ümumilikdə 1 763 ailə yaşayır.
Bildirilib ki, “Azəriqaz” təbii qazın satışı ilə məşğul olan bir qurum kimi zəruri sənədləri təqdim etmiş, bütün normativ-texniki və təhlükəsizlik tələblərinə cavab verən istənilən çoxmərtəbəli binanın ən qısa müddətdə “mavi yanacaq”la təmin olunmasında maraqlıdır.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət