Slimfit
  1. AZƏRBAYCAN

Yanvar ayında Naxçıvanda əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı çərçivəsində 136 nəfər işlə təmin olunub

Yanvar ayında Naxçıvanda əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı çərçivəsində 136 nəfər işlə təmin olunub
Sakura

Yanvar ayında Naxçıvanda əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı çərçivəsində 136 nəfər…

“2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrası istiqamətində tədbirlər davam etdirilib, yanvar ayında 136 nəfər iqtisadiyyatın müxtəlif sahələrində işlə təmin olunub ki, onlardan 39-u gənc, 33-ü qadındır.

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirlib ki, ünvanlı sosial yardımın alınması üçün əhalinin sosial müdafiəsi mərkəzlərinə müraciət edən 10 nəfər, kənd xidmət mərkəzlərində isə 7 nəfər işlə təmin edilib, işaxtaranların müvəqqəti məşğulluğunu təmin etmək üçün 10 nəfər müvəqqəti və mövsümi xarakterli işlərə göndərilib. Naxçıvan Regional Peşə Tədris Mərkəzində qazanxana maşinisti peşəsi üzrə 24, aşpaz köməkçisi peşəsi üzrə isə 16 nəfərdən ibarət kurslar təşkil edilib. Kurslara cəlb olunanlardan 2-si sağlamlıq imkanları məhdud, 1-i isə cəzaçəkmə müəssisəsindən azad olunmuş şəxslərdir.

Ötən dövrdə peşəyönümü məşğələlər davam etdirilib, 451 yuxarı sinif şagirdinə peşə seçimində kömək məqsədilə əmək bazarının tələbinə uyğun peşə və ixtisaslar barədə məlumatlar verilib, özünüməşğulluq proqramına cəlb edilmiş sosial qayğıya ehtiyacı olan şəxslərin maarifləndirilməsi diqqət mərkəzində saxlanılıb. Bu məqsədlə müvafiq dövlət qurumlarının nümayəndələrinin də iştirakı ilə Naxçıvan şəhəri, Babək və Şahbuz rayonlarından olan sakinlərlə görüş keçirilib.

Muxtar respublikada qeyri-formal məşğulluğun qarşısının alınması, işə götürülən şəxslərlə əmək müqavilələrinin bağlanması, həmçinin əməkhaqlarının real göstərilməsi məqsədilə maarifləndirici seminarlar davam etdirilib, 226 tənha ahıl və sağlamlıq imkanları məhdud şəxsə evlərində, 10 nəfərə isə Ahıllar Evində sosial xidmət göstərilib, sağlamlıq imkanları məhdud 25 şəxsə sanatoriya və pansionatlara göndəriş verilmişdir. Sosial qayğıya ehtiyacı olanların mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı sayəsində bir şəhid ailəsinə və bir Azərbaycan Vətən Müharibəsi iştirakçısına mənzil, hərbi xidmət vəzifələrinin icrası zamanı sağlamlıq imkanları məhdudlaşmış bir nəfərə isə minik avtomobili təqdim edilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı”na uyğun olaraq Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində distant dərslərin tədrisi, müasir informasiya texnologiyalarından istifadə sahəsində biliklərin artırılması üzrə məşğələlər və bu kateqoriyadan olan uşaqlara müxtəlif reabilitasiya xidmətləri davam etdirilib. Həmçinin mərkəzin audiokitabxana xidmətindən istifadə edən görmə qabiliyyəti məhdud şəxslər tərəfindən 771 əsər dinlənilib, görmə məhdudiyyətli şəxslər üçün “Oxunması zəruri olan kitablar”dan “ABŞ-ın 16-cı prezidenti Avraam Linkolnun oğlunun müəlliminə yazdığı məktub” brayl əlifbası ilə “Könül işığı” jurnalında çap edilib, audiokitabxana xidmətinə əlavə olunub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 9 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasında uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın icrası məqsədilə Naxçıvan Uşaq Bərpa Mərkəzində sağlamlıq imkanları məhdud 35 uşağın müalicəsi təşkil olunub, Əlillərin Bərpa Mərkəzində 43 nəfərə tibbi xidmət göstərilib, 32 nəfər texniki reabilitasiya vasitələri ilə təmin edilib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dünyada ilk saç feni

Redaktor seçimi

SON XƏBƏRLƏR