Slimfit
  1. CƏMİYYƏT

Yanğın baş verən binanın sakinləri: “Bomjlar çardaqda nəsə yandırıblar, ondan da alışma olub”

Yanğın baş verən binanın sakinləri: “Bomjlar çardaqda nəsə yandırıblar, ondan da alışma olub”
Sakura

Yanğın baş verən binanın sakinləri: “Bomjlar çardaqda nəsə yandırıblar, ondan da alışma olub”

“Binanın çardağında bomjlar qalırdılar. Bizim blokdan girirdilər, 5-ci blokdan çıxırdılar. Onları qovurduq, amma tuta bilmirdik, çardaqdan düşüb qaçırdılar”.

Bu sözləri Yasamal rayonu, İnşaatçılar prospektində dam örtüyü yanan binanın sakinləri Baku TV-nin müxbirinə hadisənin baş vermə ehtimalları barədə danışarkən bildiriblər.

Sakinlərin məlumatına görə, hadisə səhər saatlarına yaxın baş verib:

“Bomjlar orada toplaşıb nəsə yandırırdılar. Neçə dəfə onları qovmuşuq. Hadisə baş verəndə mən yatırdım, səs-küyə oyandım ki, çardaq yanır. Köhnə çardaqdır, gecə yəqin nəsə yandırıblar, ondan da alışma olub”.

Bir başqa blokda yaşayan sakinlər isə deyirlər ki, bir qadın, iki kişi olmaqla üç nəfər bir aydır binaya dadanıb:

“Bilmirik ki, narkomandırlar, bomjdurlar. Biz artıq 1 aya yaxındır onları orada görürdük. Nə qədər istədik ki, çardağı bağlatdıraq. Mənzil Kommunal Təsərrüfat Birliyinə müraciət etmişik, amma baxmayıblar. Biz o üç nəfərə görə öz binamıza qorxa-qorxa girirdik. Bu, heç kimi narahat etmədi, maraqlanan olmadı. Bu binanın 5 bloku var. Birinci blokdan girirlər, beşinci blokdan çıxıb qaçırlar. Səhər onları görən olub, irad bildiriblər ki, bu nə hərəkətdir etmisiniz. Onlar da qaçıb gediblər”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Hacı Zeynalabdin Tağıyevin cangüdəni, 1900-cü il.

Redaktor seçimi

SON XƏBƏRLƏR