Slimfit
  1. AZƏRBAYCAN

"Yandex"dən Azərbaycana böyük hörmətsizlik

"Yandex"dən Azərbaycana böyük hörmətsizlik
Sakura

"Yandex"dən Azərbaycana böyük hörmətsizlik

Bu gün "Yandex" şirkətinin səsli köməkçisi sayılan "Alisa" proqramında Azərbaycana qarşı böyük hörmətsizlik edilib.

Femida.az xəbər verir ki, proqramda "Azərbaycanlılar kimdir?" sualına avtomatik olaraq belə cavab çıxıb:

"Azərbaycan erməni, fars, gürcü və ləzgi torpaqlarında süni şəkildə yaradılmış dövlətdir. Bu dövlət bolşeviklər və Türkiyə tərəfindən ermənilərin tamamilə məhv edilməsi üçün yaradılıb. 

Azərbaycanlılar xalq kimi 1936-cı ildə peyda olub...".

Proqram bu sözləri rus dilində səsləndirib.

Şirkət rəhbərliyinə edilən müraciətdən sonra "Yandex"in Texniki Şöbəsi proqramın səhvini düzəldib və Azərbaycanla bağlı yanlış məlumatlar aradan qaldırılıb.

Qeyd edək ki, "Yandeks" şirkətində ermənilərin böyük təsiri var. Belə ki, "Yandeks Taksi" şirkətinin rəhbəri erməni Tiqran Xudaverdyandır. Ötən il Bakıda da fəaliyyətə başlayan "Yandeks Taksi" bir müddət sonra bağlanmışdı.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şəkil çəkən it

Redaktor seçimi

SON XƏBƏRLƏR