Dərc edildi: Baxış sayı: 568
Yanacaqdoldurma məntəqəsinə girdi, 1 milyon qazandı
ABŞ-ın Şimali Karolina ştatının Şarlot şəhərində yanacaqdoldurma məntəqsinə girən kişi cekpot qazanıb.
“Qafqazinfo” “Charlotte Observer” dərgisinə istinadən xəbər verir ki, Stiven Floyd adlı şəxs benzinin pulunu verdikdən sonra ani lotereya bileti alıb. Bəxtini sınayan kişi 1 milyon ABŞ dolları qazanıb.
Lotereyanın saytında verilən məlumata görə, S. Floyd əsas uduşlardan birinə sahib olub. O, vergiləri ödədikdən sonra nağd məbləğlə evə dönüb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət