Slimfit
  1. İDMAN

Yana Batırşina Bakıdakı dünya çempionatının səfiri seçildi

Yana Batırşina Bakıdakı dünya çempionatının səfiri seçildi
Sakura

Yana Batırşina Bakıdakı dünya çempionatının səfiri seçildi

Bədii gimnastika üzrə dördqat dünya və ikiqat Avropa çempionu Yana Batırşina sentyabrın 16-dan 22-dək Bakıda keçiriləcək dünya çempionatının səfiri seçilib.

Oxu.Az xəbər verir ki, 1996-cı ildə keçirilmiş Atlanta Olimpiadasının gümüş mükafatçısı olmuş Batırşina karyerasını bitirdikdən sonra Rusiya telekanallarında aparıcılıq edib.

Milliyyətcə tatar və yəhudi olan, Özbəkistanın paytaxtı Daşkənddə doğulmuş, amma Rusiyanı təmsil etmiş, əsl adı Yanina olan 39 yaşlı Yana “Parni iz Baku” (Bakılı oğlanlar) Şən və Hazırcavablar Klubunun sabiq üzvü Timur Vaynşteynin həyat yoldaşıdır.

Onlar 2003-cü ildə evləniblər. Cütlüyün Məryəm, Ayla adlı qızı və Leonid adlı oğlu var.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Məhəmməd Əmin Rəsulzadə, 1940-cı il

Redaktor seçimi

SON XƏBƏRLƏR