Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

"Yalnız təcili və təxirəsalınmaz yardıma ehtiyac olarsa diş həkiminə müraciət edilməlidir" - Stomatoloq

"Yalnız təcili və təxirəsalınmaz yardıma ehtiyac olarsa diş həkiminə müraciət edilməlidir" - Stomatoloq
Sakura

"Yalnız təcili və təxirəsalınmaz yardıma ehtiyac olarsa diş həkiminə müraciət edilməlidir" - Stomatoloq

Ölkəmizdə yeni növ koronavirusun yayılmasının qarşısının alınması məqsədilə artıq bir müddətdir ki, karantin qaydalarının tətbiqinə başlanılıb. Belə vaxtlarda diş sağlamlığımızı qorumaq üçün hansı addımları atmalıyıq?

Mövzu ilə bağlı Yeniavaz.com-a müsahibə verən həkim-Stomatoloq Fərid Qədirov, yalnız kəskin diş ağrıları və iltihabi proseslər, dişaltı iltihablar və digər təcili əməliyyata ehtiyacı olan şəxslərin stomatoloqa müraciət etməsini məsləhət gördü. Həmin müsahibəni təqdim edirik:

- Koronavirusla mübarizə günlərində dişlərin müalicəsi davam etdirilməlidir?

- İlk əvvəl onu qeyd edim ki, pandemiya elan edildikdən sonra, bütün dünyada olduğu kimi, Azərbaycanda da hər tərəfli qabaqlayıcı tədbirlər alındı. ÜST və Operativ Qərargahın verdiyi bütün tövsiyyə və göstərişlər birmənalı şəkildə yerinə yetirilməlidir. Əhalinin qoyulmuş qaydalara riayət etməsi, nəinki özlərinin, hətta ətrafındakı insanların da sağlam olması üçün çox vacibdir. Koronavirusla mübarizədə əsas yük həkimlərin üzərinə düşür. Pasiyentlərlə əlaqədə olan həkimlər əsas risk qrupunu təşkil edirlər. Bu günlərdə əhalidə digər tibb sahələrində olduğu kimi diş həkimlərinə də müraciət  ehtiyacı yarana bilər. COVID-19 virusunun yoluxmasının əsas səbəblərindən biri də ağızdan ifraz olunan su damcılarıdır. Asqırma, öskürmə kimi halları olan insanlar yoluxmaya yol aça bilər. Diş həkimləri  pasiynetlə stomatoloji prosedur zamanı birbaşa ünsiyyətdə olduğu üçün tibbi personal birbaşa risk altına girir. Müalicə zamanı pasiyentlərlə olan yaxınlıq, ağız suyu, qan və digər bədən mayeləri ilə yaxınlıq digər tərəfin yoluxmasına birbaşa zəmin yaradır. 

 - Bəs hansı hallarda diş həkiminə müraciət olunmalıdır? 

- Yalnız təcili və təxirəsalınmaz yardıma ehtiyac olduğu halda həkimə müraciət etmək məsləhətdir. Diş həkimləri də bu prinsipə əsasən, yalnız kəskin diş ağrıları və iltihabi proseslər, dişaltı iltihablar və digər təcili əməliyyata ehtiyacı olan pasiyentləri qəbul etməlidirlər. Müayinə məqsədli gəlmək, plomblar üçün müraciət etmək, ümumilikdə estetik prosedurların təxirə salınması məqsədə uyğundur. 

- Diş həkiminə müraciət hallarını azaltmaq üçün nə etməliyik?

- Bu günlərdə diş həkimlərinə müraciət zərurətimizi azaltmaq üçün dişlərimizin proflaktik təmizliyinə fikir verməliyik. Dişlər hər gün fırçalanmalıdır. Antiseptik ağız yaxalayıcıları ilə qara-qara edilməlidir. Təbii ki, dişlərimizlə yanaşı, ümumi bədən təmizliyinə də riayət etməliyik. Həkim yoldaşlara da bu dövrlərdə diqqətli olmağı, sterilizasiya və digər bütün qorunma tədbirlərini tam protokola uyğun əməl etmələrini məsləhət bilirəm. Koronavirusun yeni növü olan COVID-19-un inkubasiya dövrü 5-14 gün, bəzən də 24 gün ola biləcəyi də məlumdur. Ona görə də karantin qaydalarına ciddi riayət edilməlidir. Tibbi maska, əlcəklərdən düzgün şəkildə istifadə olunmalıdır. Xəstəlik nəzarətdən çıxacaq şəkil almaması üçün hər kəs öz üzərinə düşən vəzifəni yerinə yetirməlidir.

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Məhəmməd Əmin Rəsulzadə, 1940-cı il

Redaktor seçimi

SON XƏBƏRLƏR