Slimfit
  1. MƏDƏNİYYƏT

Yalçın Rzazadə müalicə üçün yenidən Türkiyəyə aparılıb

Yalçın Rzazadə müalicə üçün yenidən Türkiyəyə aparılıb
Sakura

Yalçın Rzazadə müalicə üçün yenidən Türkiyəyə aparılıb

Səhhətində problemlər yaranan Xalq artisti, müğənni Yalçın Rzazadə müalicə üçün yenidən Türkiyəyə aparılıb.

Bunu "Report"a açıqlamasında müğənni özü deyib. 

O, hazırda İstanbul şəhərindəki xəstəxanaların birində müalicəsinin davam etdirildiyini bildirib: "Hazırda sistem altındayam, rahat danışa bilmirəm. Hələlik bir yenilik yoxdur, müalicələrim davam edir. İnşallah, tam sağalandan sonra Azərbaycana qayıdacam".

Qeyd edək ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən, Xalq artisti Yalçın Rzazadənin səhhəti ilə bağlı məsələləri Fond nəzarətinə götürüb. Bu ilin iyulun 15-də Y.Rzazadə müayinə və müalicə olunması üçün Türkiyənin İstanbul şəhərindəki xəstəxanalardan birinə aparılıb. O, əməliyyat olunub. Oktyabrın 15-də isə Y.Rzazadə müalicə olunduğu həmin xəstəxanadan evə buraxılmışdı və o, Bakıya qayıtmışdı.  

Xatırladaq ki, 73 yaşlı Y.Rzazadənin mədəsində bir neçə yara aşkarlanıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yəhudi alimlər sübut edib ki, bir insan 3 gün davamlı yuxuya gedib yatarsa, o zaman o ayılanda kim olduğunu unudar!

Redaktor seçimi

SON XƏBƏRLƏR