Dərc edildi: Baxış sayı: 539
Yahoo istifadəçi hüquqlarını pozmaqda davam edir
Google və Facebook-un ardınca daha bir şirkət istifadəçi hüquqlarının pozuntusuna yol verir.
Xeberler.az xarici mediaya istinadən məlumat verir ki, Yahoo və AOL e-poçt provaderlərinin sahibi olan Verizon şirkəti reklamlar üçün e-poçt axtarışlarını artıracağını bildirib.
Belə ki, Google-un ötən il son verdiyi e-poçtların axtarışını Verizon şirkəti iki dəfə artıracağını açıqlayıb. Həmçinin, Yahoo bu elanı yenilənmiş xidmət şərtlərində də qeyd edib.
E-poçt axtarışı ilə şirkətlər, bütün istifadəçi qutusunu, mövcud poçtun məzmununu görə bilir və alınan məlumatlar sayəsində reklmların yayımlanacağı Istifadəçi qrupları yaradır.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət