Slimfit
  1. AZƏRBAYCAN

Yağış Bakıda işıq, su, qaz problemi yaratdı? – Rəsmi

Yağış Bakıda işıq, su, qaz problemi yaratdı? – Rəsmi
Sakura

Yağış Bakıda işıq, su, qaz problemi yaratdı? – Rəsmi

Dünən yalnız Xətai rayonu ərazisində suyun verilməsində məhdudiyyət olub.

Bu sözləri Axar.az-a açıqlamasında Azərsu ASC-nin mətbuat katibi Anar Cəbrayıllı ötən gün Bakının bəzi ərazilərində işıq, qaz və su probleminin yaranması və bunun yağışın yağması ilə əlaqədar olması barədə sosial şəbəkədə gedən müzakirələrə cavab olaraq deyib. Onun sözlərinə görə, problem yağışla bağlı olmayıb:

“Xətai rayonu Məhəmməd Hadi küçəsində su kəsilmişdi. Ancaq problem yağışla əlaqədar deyildi, qəza baş vermişdi. Problem aradan qaldırıldıqdan sonra suyun verilməsi bərpa edildi”.

Azərişıq ASC-nin mətbuat katibi Tanrıverdi Mustafayev isə bildirib ki, onlara hansısa ərazidə işığın olmaması ilə bağlı şikayət daxil olmayıb:

“Əgər hansısa ərazidə işıq olmayıbsa, dəqiq ünvanı bildirin, problemin nədən qaynaqlandığını dəqiqləşdirim. Ancaq ümumilikdə dünən heç bir şikayət daxil olmayıb. İşığın verilməsi fasiləsiz olaraq həyata keçirilib”.

“Azəriqaz”ın mətbuat katibi İbrahim Kərbalayev də heç bir ərazidə qazın verilməsində fasilə olmadığını bildirib:

“Bununla bağlı şikayət də daxil olmayıb, qaz kəsintisi də qeydə alınmayıb”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Baki şəhəri, Qobu Park-1 yaşayış kompleksinin Sakinləri öz vəsaitləri hesabına Şəhid Generalımız Polad Həşimovun əziz xatirəsini belə əbədiləşdiriblər!

Redaktor seçimi

SON XƏBƏRLƏR