Slimfit
  1. CƏMİYYƏT

Yağıntılı hava nə qədər davam edəcək? - Açıqlama

Yağıntılı hava nə qədər davam edəcək? - Açıqlama
Sakura

Yağıntılı hava nə qədər davam edəcək? - Açıqlama

“Bu ilin avqust ayı hava sürprizləri ilə dolu oldu. Bunlardan biri də Şahdağda yağan qar nəticəsində 11 santimetr hündürlüyündə əmələ gələn qar örtüyüdür”.

Ens.az Qafqazinfo.az-a istinadən xəbər verir ki,, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva deyib:

“Burada müşahidələr 2009-cu ildən aparılır və belə bir hadisə ilk dəfədir ki, qeydə alınır. Ötən illərdə avqustun sonunda yalnız sulu qar müşahidə olunmuşdu. Bir gecə ərzində respublikanın bir sıra rayonlarında düşən yağıntının miqdarı adətən, ay ərzində düşən yağıntının miqdarına bərabər olub. Bəzi rayonlarda, xüsusən Böyük Qafqazın ayrı-ayrı ərazilərində, bəzi Aran rayonlarında, hətta paytaxt Bakıya düşən yağıntının miqdarı aylıq normadan çox olub. Güclü külək respublikanın əsasən Kür vadisi rayonlarında qeydə alınıb. Abşeron yarımadasında küləyin maksimal sürəti saniyədə 31 metrə, Xəzərə dalğanın hündürlüyü isə 5,3 metrə qədər çatdı.

Yağıntılı hava şəraiti respublikanın rayonlarında fasilələrlə davam edəcək. Yağıntıların kəsilməsi avqustun 24-ü səhər saatlarından gözlənilir”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Səhra Aslanı Ömər Muxtar, Faşist İtalyan qüvvələri tərəfindən tutularaq edama aparılması

Redaktor seçimi

SON XƏBƏRLƏR