Slimfit
  1. AZƏRBAYCAN

Yağ alarkən diqqətli olun: Saxta yağlar ölkəni bürüyüb

Yağ alarkən diqqətli olun: Saxta yağlar ölkəni bürüyüb
Sakura

Yağ alarkən diqqətli olun: Saxta yağlar ölkəni bürüyüb

Göyçayda marketdən yağ alan müştəri onu əritdikdə xoşagəlməz mənzərə ilə qarşılaşıb.

Yağın böyük hissəsi suya çevrilib və ondan top şəkilli hissəciklər ayrılıb. Mütəxəssislər isə bu yağın insan səhhəti üçün təhlükəli ola biləcəyini bildirirlər.

Qida mühəndisi İsa Əliyev deyir ki, zaman-zaman ölkəmizdə müxtəlif tərkibli yağları kərə yağı adı altında satışa çıxaran işbazlara rast gəlinir. Amma görünür bu yağın tərkibinə həm də çəkiartıran maddələr qatılıb.

İsa Əliyevin sözlərinə görə, bu kimi mənşəyi məlum olmayan məhsullar insan səhhətində fəsadları ağır olan xəstəliklərin yaranmasına səbəb ola bilər. Ona görə də vətəndaşlar xüsusilə yağ alarkən tanınmış və güvəndikləri firmanın məhsullarına üstünlük verməlidirlər.

Məsələ ilə bağlı Qida Təhlükəsizliyi Agentliyindən bildirildi ki, sözügedən problemlə qarşılaşan vətəndaş Agentliyin 1003 qaynar xəttinə müraciət edərək məhsulun alındığı ünvan və markası haqqında məlumat verərsə, monitorinq keçiriləcək və həmin məhsuldan nümunə götürülərək laborator müayinə aparılacaq. Nəticələr standartlara uyğun olmasa, qanunvericiliyə uyğun tədbirlər görüləcək.

 

Mənbə: Saglamolun.Az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Çanaqqala müharibələri, 1915 İbadət üçün düzəldilmiş məscid və güllə qutularından hazırlanan minbər

Redaktor seçimi

SON XƏBƏRLƏR