Yadplanetlilər niyə bizimlə əlaqəyə girmir – Alimlər cavab verir
Hələ o suala aydınlıq gəlməyib ki, başqa planetlərdə yaşayanlar var, ya yox. Alimlər isə düşünür ki, var, sadəcə, bizimlə əlaqəyə girmirlər. Daha çox inkişaf ediblər, bizə zərər vurmaq istəmirlər.
Bizimyol.info xəbər verir ki, bu haqda “The Times” qəzetində məqalə dərc edilib. Yazıda deyilir ki, daha az inkişaf həddinə çatan planet sakinləri çox irəli getmiş sivilizasiyalarla görüşü rahat həzm edə bilmir. Çünki arada milyon illərlə fərq var.
Həyat elementləri olan çox planet adı çəkmək mümkündür. Bəs niyə bizimlə əlaqəyə girmirlər? Çünki maraqlı deyilik. Onlarla müqayisədə Yer kürəsində həyat primitiv görünür.
Fransız alim Jan-Pyer Rospar hesab edir ki, başqa planetlərdən olan məxluqlarla görüş bizim sivilizasiyanın sonunu gətirə bilər: “Niyə risk edək ki?!”
Onunla başqa bir alim Duqlas Vakoh da razılaşır. Elm adamının fikrincə, böyük ehtimalla həyat şəraiti olan başqa planetlərdə sivilizasiya daha yüksək inkişaf səviyyəsinə çatıb. Vakohun maraqlı ideyası da var: Kosmosa Mendeleyevin dövri sisteminin kodlaşdırılmış variantını göndərmək. Görək necə reaksiya verəcəklər.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət