Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Yaddaşsızlığın səbəbi nədir?

Yaddaşsızlığın səbəbi nədir?
Sakura

Yaddaşsızlığın səbəbi nədir?

Müasir zamanda ən geniş yayılan problemlərdən biri də yaddaşın zəifləməsi, unutqanlıqdır. Tez-tez psixoloqa, terapevtə belə bu şikayətlərlə müraciət edirlər. Ekspertlərin fikrincə, bunun səbəbləri gündəlik həyatın stressli olması, çətin iş, keçmişlə yaşamaq və vitamin çatışmazlığıdır.

Milli.Az xəbər verir ki, psixoloq Raminə Həsənovanın "Ekspress"ə bildirdiyinə görə, günümüzdə qoyulan əşyaların tapılmaması, unutqanlıq aktualdır: "Unutqanlığın səbəbləri çoxdur. Bu ilk olaraq fikir dağınıqlığından, stressli iş şəraitindən, qayğıdan, depressiyadan və s. yaranır. İnsanlar adətən gün ərzində yaşadığı hadisələri öz-özlüyündə analiz-sintez edir və qayğı yaradan hadisələri hər dəfə fikirləşir. Günlər keçdikcə, fikirlər onu düşündürür. Məsələn, biz hərdən yol keçirik və işıqforda qırmızı yoxşa yaşıl rəngin yandığına baxmırıq. Sonra maşınlardan siqnal gələndə sanki yuxudan ayılmış kimi reaksiya veririk. Bu ondan qaynaqlanır ki, günlük həyatımızda biz fikirli və qayğılı oluruq. İnsanlar bu kimi hallardan qurtulmaq üçün ilk olaraq həkimə müraciət etməlidirlər. Diaqnoz qoyulduqdan sonra problem psixolojudursa, psixoloqa yönləndirilir ya da həkimlə psixoloq paralel iş görür. Elə hallar da olur ki, yaddaşsızlıq psixoloji problemdən yaranmır və psixoloqa ehtiyac qalmır".

R.Həsənova qeyd edib ki, unutqanlıq, yaddaşın zəifləməsi ilə bağlı ən çox psixoloqa stresli işdə işləyən insanlar, ailədə problemləri olanlar və gənclər müraciət edir: "İnsanlar bu hallara düşməmək üçün ilk növbədə ətrafında baş verən hadisələri düzgün analiz-sintez etməlidir. Baş vermiş hadisələrə obyektiv yanaşmalıdırlar. Ən əsası hər kəs özünü düzgün tanımalıdır. Kədərli, qəmli, stressli olduqda bu vəziyyətdən necə çıxacağını bilməlidir. Yaxud da baş verən problemi çox düşünməməlidir. Problemi düşündükcə insan neqativləşir. Bunun əksinə olaraq insan özünü toplayıb fikrini başqa yerə yönəltməlidir".

Psixoloq məsləhət görür ki, hər günümüzü daha gözəl keçirməyə çalışmalıyıq: "Keçmişlə çox bağlılıq yaratmayaq, çünki keçmiş keçmişə aparır, gələcəklə bağlı düşüncələrsə gələcəyə".

Müsahibimiz vurğulayıb ki, insanlar tez-tez əşyaların qoyduğu yeri xatırlamırlarsa, onlarda amneziyanın olduğunu düşünməyə başlayırlar: "Amma bu qorxulu şey deyil. Əgər biz ev ünvanımızı, telefon nömrəmizi, iş yerimizin ünvanını unuduruqsa, bu ciddi problemlərdən xəbər verir. Belə olan halda düşünə bilərik ki, yaddaşımızda ciddi problem var".

 

Ekspert bildirib ki, unutqanlığın əsas səbələrindən biri olan yaddaş zəifliyini aradan qaldırmaq üçün beyni qidalandıracaq yeməklərdən istifadə etmək lazımdır: "Amma bəzən bu qidalar da istədiyimiz nəticəni əldə etməyimizə kömək olmur. Son dövrlərdə aparılan araşdırmalar göstərir ki, davamlı idman edərək bu riski 50% -ə qədər azaltmaq olar. Gündəlik həyatda yaşadığınız problemlər və bir çox kənar təsirlərdən qaynaqlanan stress və siqaret unutqanlığı yaradan başlıca səbəblərdəndir. Ona görə də bacardığınız qədər stressiz yaşamağa çalışın. Eləcə də, beyninizi inkişaf etdirəcək fəaliyyətlə məşğul olmalısınız. Məsələn, boş zamanlarda müxtəlif çalışmalar, tapmacalar etmək sizə bu çətinliyi aradan qaldırmaqda köməkçi olacaq.
Bundan əlavə standartlaşmış vərdişlərdən bir az uzaq durmağa çalışaraq beyninizi inkişaf etdirə bilərsiniz. Məsələn, açarınızı və ya mobil telefonunuzu hər zaman qoyduğunuz yerdən fərqli bir yerə qoyun, amma çalışın bu zaman qoyduğunuz yeri unutmayasanız".

Həsənovanın dediyinə görə, meyvə yeməyi sevməyən insanlarda unutqanlıq digərlərinə nisbətən daha çoxdur: "Bu səbəbdən albalı, ərik, çiyələk və digər meyvələrdən bol-bol istifadə edərək beyninizi inkişaf etdirə bilərsiniz. Yaddaşını gücləndirmək və unutqanlığa əlvida demək istəyənlər həftədə 3 dəfə balıq yeməlidirlər".

Psixoloq onu da qeyd edib ki, yaddaş zəifliyi getdikcə inkişaf edərsə bu sonda ağıl itirməyə və ya demensiyaya gətirib çıxara bilər: "Demensiya - latın dilində dementa - əldə edilmiş ağıl zəifliyidir. Əldə edilmiş və mənimsənilmiş biliklərin, praktik bacarıqların itkisinə, yenilərinin əldə edilməsinin çətinliyinə və ya qeyri-mümkünlüyünə və idrak fəaliyyətinin dözülməz azalmasına gətirib çıxarır. Hazırda son məlumatlara görə 26.6 milyon insan bu xəstəlikdən əziyyət çəkir. Yaxın gələcəkdə bu rəqəmi 4 dəfə artacağı bildirilir. Bunun səbəbləri vitamin çatışmazlığı, endokrin sisteminnin xəstəlikləri, metobalik xəstəliklər, dərman və toksin maddələrinin təsiri, Mərkəzi Sinir Sistemi infeksiyon xəstəlikləri (siflis, HİV-virusu), Mərkəzi Sinir Sistemi degenerativ xəstəlikləri nəticəsində yaranan xəstəliklər, Mərkəzi sinir sisteminin damar xəstəlikləri (vaskulyar demas), epilepsiya, yaşlıların normal təzyiqli hidrosefaliyası və s. xəstəliklərdir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şəhər əhalisi öldürülən azərbaycanlıların yanında. Bakı, 1918-ci il. 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı Soveti və Erməni Daşnak Partiyasından olan silahlı dəstələr tərəfindən 12

Redaktor seçimi

SON XƏBƏRLƏR