Slimfit
  1. MARAQLI

Yaddaşınızın gücünü yoxlayın

Yaddaşınızın gücünü yoxlayın
Sakura

Yaddaşınızın gücünü yoxlayın

Yaddaşın zəifləməsi güclü stress, depressiya, beyin qan dövranının pozulması, bəzi nevroloji xəstəliklərin əlaməti ola bilər.

Bu səbəbdən yaddaşınız zəifləyibsə, bunun səbəbini araşdırmağa çalışın.

Saglamolun.az Komsomolskaya Pravda-ya istinadən yaddaşın gücünü yoxlamaq üçün sadə test təqdim edir.

Aşağıdakı 15 suala cavab verin və ballarınızı hesablayın:

heç vaxt cavabı - 0 bal

çox nadir hallarda cavabı - 1 bal

bəzən cavabı - 2 bal

tez-tez cavabı - 3 bal

Suallar:

1. Son günlər ərzində baş verənləri çətinliklə xatırlayırsınız?

2. Kitab oxuyanda (film, verliş izləyəndə) çətinlik çəkirsiniz? Qəhrəmanları, baş verən hadisələri çətinliklə yadınızda saxlayırsınız?    

3. Belə olurmu, hara isə gedəndə (digər otaq, dükan, aptek və s.) birdən nə üçün getdiyinizi unudursunuz?  

4. Görüşə getməyi, hər hansı ödənişi etməyi unudursuz?

5. Tez-tez istifadə etdiyiniz telefon nömrələri yadınızdan çıxır?

6. Tez-tez ünsiyyətdə olan insanların (iş yoldaşı, qonşu, qohum və s.) ad və ya familiyasını unudursuz?

7. Belə olubmu - tanıdığınız yerdə azmısınız?

8. Hər hansı daim istifadə etdiyiniz vacib əşyanı (telefon, pul qabı, pult və s.) hara qoyduğunuzu unudursuz?

9. Evdən çıxanda qaz, işıq söndürməyi, qapını bağlamağı unudursuz?

10. Belə olurmu ki, bir neçə dəfə eyni hərəkət edir, eyni sözləri deyirsiniz və bu ətrafdakıların təəcübünə səbəb olur?

11. Populyar insanların və ya yerlərin adını unudursunuz?

12. Yaddaşınıza etibar etmirsiniz və bir çox şeyləri yadınızdan çıxartmamaq üçün kağızda qeyd edirsiniz?

13. Təzə yeməklərin reseptlərini, oyunların qaydalarını və s. çətinliklə yadınızda saxlayırsınız?  

14. Əşyalarınızı tez-tez itirirsiniz?

15. Belə olubmu - indicə eşitdiyiniz məlumatı dərhal unudmusunuz?

Nəticə:

- 7 və bundan az bal - Sizin yaddaşınız əladır.

- 7-15 bal - Yaddaşınız hələ ki yaxşıdır, lakin zəifləməyə başlayır. Ola bilsin ki, siz az yatırsınız, sağlam qidalanmırsız, az hərəkət edirsiniz və az havada olursunuz.

- 16 və bundan çox bal - Sizin yaddaşınız xeyli zəifləyib. Bunun səbəbini araşdırmaq lazımdır. Nevroloqa müraciət edin.

 

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bu gün pələnglərin ən məşhur müdafiəçilərindən biri məşhur Hollivud ulduzu Loenardo Di Kapriodur. O Rusiyaya gələrək, Amur pələnglərin müdafiəsi üçün 1 milyon dollar bağışlayıb.

Redaktor seçimi

SON XƏBƏRLƏR