Slimfit
  1. MARAQLI

Yaddaşı yaxşılaşdırmağın ən yaxşı yolları

Yaddaşı yaxşılaşdırmağın ən yaxşı yolları
Sakura

Yaddaşı yaxşılaşdırmağın ən yaxşı yolları - Çox yatmaq, saqqız çeynəmək...

Son dövrlərin ən aktual problemlərindən biri də yaddaşsızlıqdır. Hər kəs yaxşı və güclü yaddaşının olmasını istəyir. Amma vaxt keçdikcə insanın ətraf aləmdən aldığı informasiyanın həcmi artır və beyində olan köhnə yaddaş silinməyə başlayır. Belə olduqda hətta öz telefon nömrəmiz kimi ən sadə şeyləri unutduğumuzu görürük. Bəs bundan necə yaxa qurtarmaq olar? Beynimizə əlavə informasiyaları yadda saxlamağa necə kömək edə bilərik? 
 
Medicina.az bu sulların cavabını araşdırıb.
 
Yaddaşa dərman preparatlarından əlavə bir sıra amillər də müsbət təsir edir.  
 
Giləmeyvələr – İnsanın uzunmüddətli yaddaşını gücləndirən ən yaxşı vasitələrdən qaragilə və çiyələyin adını çəkmək olar.  Bu giləmeyvələrin gündəlik qəbulunu artıq 3-cü həftəsində insanın yaddaş problemlərində hiss edilə bilinən dərəcədə dəyişiklər meydana çıxır. Maraqlıdır ki, bu dəyişiklik həm cavanlarda həm də yaşlı insanlarda baş verir.
 
Fiziki aktivlik – İdman təkcə fiziki sağlamlığa deyil həmçinin də əqli sağlamlığa çatmağın bir vasitəsidir.Düşünməni yaxşılaşdırmaq və yadda saxlamaq üçün  hər gün müxtəlif idman hətəkətləri etmək müsbət nəticə verəcəkdir. Bunun üçün gün ərzində fiziki aktiv olmaq və mütəmadi olaraq qaçmaq tələb olunur. 
 
Qəhvə - Əvvəllər brlə hesab olunurdu ki, qəhvə yaddaşı zəiflədir.  Amma eksperimentlər göstərib ki, qəhvəni hər hansı bir materialı oxuduqdan sonra  içdikdə informasiya daha uzun müddətə yadda qalır. Amma qəhvənin tərkibində olan kofein material oxunan zaman orqanizmə daxil olduqda isə əksinə olaraq yaddaşa pis təsir etdiyi məlum olub.  
 
Saqqız – Saqqızın da qəhvə  kimi yaddaşa pis təsir etdiyi məlumdur.Amma araşdırma zamanı sübut olunub ki, saqqız çeynəyərkən beynin yadda saxlama prosesində iştrak edən hissəsi hippokamp aktivləşir. Saqqız diqqətin oxunan materialın üzərində cəmləşməsinə və daha rahat yadda qalmasına kömək edir. 
 
Yuxu – Bir çox insanlar yatmağı sevirlər. Bu həqiqətən də xeyirlidir.   Tam yuxu bir çox xəstəliklərin yaranma risqini azaldır, beynin dincəlməyinə kömək edir. 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Fasilə zamanı.

Redaktor seçimi

SON XƏBƏRLƏR