Slimfit
  1. MARAQLI

XX əsrdə dünya xəritəsindən silinmiş dövlətlər

XX əsrdə dünya xəritəsindən silinmiş dövlətlər
Sakura

XX əsrdə dünya xəritəsindən silinmiş dövlətlər

XX əsrdə planet iki dünya müharibəsini, saysız hesabsız  lokal münaqişələri yola saldı. Bu qorxunc alovda  onlarla ölkə yarandı və itdi. FaktXeber.com olaraq bu gün dünyanın siyasi xəritəsindən əbədi itən dövlətlər barədə məlumat verəcəyik.

 Neytral Morresnet

Dövlət 1816-1920-ci illər ərzində mövcud olub. Dövlət Napaleon Bonapart tərəfindən qurulmuş imperiyanın dağılmasından sonra yaranmışdı. Bura sadəcə avropa sərhədləri iolan neytral zona idi. Dövlətin ümumi sahəsi cəmi 3,5 kv.km idi. Morresnet  Almaniya və Belçikanın arasında yerləşirdi, lakin Prussiya və Niderland tərəfindən idarə olunurdu.

Maraqlıdır ki, Neytral Morestentin özünün bayraq və gerbi olub, lakin vətəndaşlığı olmayıb. Dövlət 1920-ci ildə mövcudiyyətini itirdi – I Dünya mühariəsindən sonra Versal sazişi ilə Belçikanın tərkibinə daxil oldu.

 Salo Respublikası

1943-1945-ci ildə mövcud olan İtaliya Sosialist Respublikası. Əslində bura Mussolini tərəfindən idarə olunan marionet-dövlət idi. Ölkəni ancaq Almaniya, Yaponiya və nasist blokun digər üzvləri tanımışdı. Salo ideologiyasına görə, ölkəyə İtaliyanın şimal hissəsi və Roma daxil idi, idarəçilik isə Qarda gölü sahilində yerləşən kiçik Salo şəhərindən həyata keçirilirdi.

1945-ci ildə ölkədən sonuncu faşistlər çıxarılandan sonra  respublika öz mövcudiyyətini itirdi.

 Çexoslovakiya 

 Bu adı Sovet insanından 1918-1993-cü illər ərzində eşitmək olardı. Dövlət  Avstro-Macarıstan imperiyasının qalıqlarından yaranmışdı və 1938-ci ilə kimi – vermaxt ora soxulana kimi dinc həyatını sürdü. 1945-ci ildə Çexoslovakiya  Sovet qoşunları tərəfindən azad edilir, dövlət başına  SSRİ-yə loyal siyasətçilər  gətirilir.

 1992-ci ildə Sovet İttifaqı dağıldıqdan sonra çexlə rvə slovaklar mədəniyyətlərində olan ciddi fərqlərə görə iki dövlətə bölünmək qərarına gəldilər.

Yuqoslaviya

 Çexoslovakiya kimi Yuqoslovakiya da əsasən Macarıstan və Serbiyanın müxtəlif ərazilərini ğbirləşldirməklə Avstro-Macarıstan imperiyasının qalıqlarından yaranıb. Ölkə 1918-1992-ci illərdə mövcud olub.

 Yuqosloviyada müxtəlif mədəniyyət və ənənəyə sahib 20-dən artıq xalq var idi. II Dünya müharibəsi zamanı Yuqoslaviya  krallığı faşist qoşunları tərəfindən işğal olunmuşdu, ölkə azad edildikdən sonra isə hakimiyyət başına dövləti sosialist edən partizan bölmələrinin lideri İosip Tito  gəlir.

 1992-ci ildə öz mövcudiyyətini dayandıran Yuqoslaviya özündən sonra 6 dövlət qoydu: Xorvatiya, Bosniyə və Hersoqovina, Sloveniya, Makedoniya, Çernoqoriya və Serbiya.

Tibet

 1912-ci ildə XIII Dalay Lama təntənəli şəkildə  Tibetin Çindən azad edildiyini, müstəqil  Tibet dövlətinin yarandığını elan etdi. Lakin xoşbəxtlik uzun çəkmir.

1951-ci ildə Çin ordusu  Tibet ərazisinə girir və onu işğal edir. Həmin vaxtdan müstəqil dövlət öz mövcudiyyətini  dayandırdı.

 Tibetlər təslim olmurdular. 1959-cu ildə Tibetdə qiyam qalxır, lakin Çin tərəfindən qəddarlıqla yatırılır.

 Tibetlilər bu gün də gələcək müstəqilliyə inanır və dünya siyasətçilər, tanınmıq mədəniyyət və elmxadtimləri arasında tərəfdar toplayırlar.

Şərqi Almaniya

 Almaniyanı şərqə və qərbə bölən məşhur divar 1949-1990-cı illərdə mövcud idi.  Almaniya Demokratik Respublikası Amerika, Fransa və Böyük Britaniya tərəfindən Almaniya Federativ Respubltikasının yaradılmasına cavab olaraq Sovet İtifaqı tərəfindən yaradılmışdı. Qarşıdurmanın nəticələri bəllidir – 1990-cı ildə divar sökülür və bölünən xalq birləşir.

Seylon

 Bu dövlət bir neçə əsr 1505—ci ildən 1972-ci ilə kimi mövcud olub. O, itməyib, sadəcə adını dəyişib. Hazırda bura Şri-Lanka Demokratik Sosialist Respublikası.

VII əsrdən Seylon ərəblər, sonradan isə avropalılar üçün ticarət mərkəzi olub. Ölkəni portuqallar, hollandlar və britaniyalılar idarə edib. Sonunculardan tam müstəqillik isə 1948-ci ildə alınır.

 Birləşmiş Ərəb Respublikası

Bu 1958-1971-ci illərdə mövcud olan, İsrailə qarşı ümumi nifrət əsasında qurulmuş Misir və Suriya arasında qısamüddətli siyasi ittifaq idi. Suriya bu ittifaqı cəmi 3 il sonra tərk etsə də, msiri hələ 10 il özünü Birləşmiqş Ərəb Əmirliyi kimi tanıtmağa davam etdi.

 

Mənbə: Faktxəbər.com

 

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Mirzə Fətəli Axundzadənin 1850-ci ildə yazdığı "Sərgüzəşti-vəziri-xani-Lənkəran" komediyası Azərbaycan teatrı səhnəsində qoyulmuş ilk dramatik əsərdir.

Redaktor seçimi

SON XƏBƏRLƏR