Slimfit
  1. MƏDƏNİYYƏT

XVII-XVIII əsrlərdə yaşamış Nəşə Təbrizinin divanının surəti əldə edilib

XVII-XVIII əsrlərdə yaşamış Nəşə Təbrizinin divanının surəti əldə edilib
Sakura

XVII-XVIII əsrlərdə yaşamış Nəşə Təbrizinin divanının surəti əldə edilib

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə elmlər doktoru Paşa Kərimov İstanbulun Topqapı Sarayı Muzeyindən XVII-XVIII əsrlərdə yaşamış Nəşə Təbrizinin divanının surətini əldə edib.

AMEA-dan "Report"a verilən xəbərə görə, əsasən, farsca olan divanın sonunda şairin Azərbaycan türkcəsində yazdığı şeirlər toplanıb.

Qaraqoyunlu hökmdarı Cahanşah Həqiqinin nəslindən olan Əbdürrəzzaq Nəşə Təbrizi dövrünün tanınmış alimi, riyaziyyatçısı olub, Nadir şahın yürüşlərində iştirak edib. Divandakı Azərbaycan türkcəsində olan qəsidələr Nadir şahla bağlıdır. Bu qəsidələrdən biri Nadir şahın göstərişi ilə 1743-cü ildə Nəcəf şəhərində Həzrət Əlinin türbəsinin qızıla tutulması münasibətilə yazılıb.

Divanda şairin anadilli lirik şeirləri də yer alıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Türkiyədə şəhid düşən əsgərin bacısı dəfn mərasiminə qardaşının formasınında.... Gözlər hər şeyi deyir...

Redaktor seçimi

SON XƏBƏRLƏR