Slimfit
  1. AZƏRBAYCAN

Xüsusi qayğıya ehtiyacı olan yaradıcı insanlar hər zaman diqqət mərkəzindədir

Xüsusi qayğıya ehtiyacı olan yaradıcı insanlar hər zaman diqqət mərkəzindədir
Sakura

Xüsusi qayğıya ehtiyacı olan yaradıcı insanlar hər zaman diqqət mərkəzindədir

“Əlil Qadınlar” Cəmiyyətində Mədəniyyət Nazirliyi Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzi, Əlil Təşkilatları İttifaqının və Cəmiyyətin birgə təşkilatçılığı ilə seminar keçirilib.

Mərkəzdən AZƏRTAC-a bildirilib ki, seminar çərçivəsində xüsusi qayğıya ehtiyacı olan insanların yaradıcı işlərinin fərdi və qrup formasında sərgisi də açılıb.

Tədbirdə vurğulanıb ki, ölkəmizdə xüsusi qayğıya ehtiyacı olan insanların sosial və ictimai həyata inteqrasiya olunması üçün dövlətimiz tərəfindən bir sıra addımlar atılır. Bu istiqamətdə qəbul olunan qanun və qərarlar xüsusi qayğıya ehtiyacı olan insanların digər insanlardan fərqlənməməsinə, onların cəmiyyətin bərabər hüquqlu fərdləri kimi yaşamasına, cəmiyyətə inteqrasiya olunmalarına, komplekslərdən qurtulmasına hesablanıb. Bu səbəbdən də hər kəsin üzərinə böyük məsuliyyət düşür. Bunun üçün mütəmadi olaraq bu insanlarla ünsiyyətdə olmağa, onlara mənəvi cəhətdən yardım göstərməyə, daima dinləməyə və anlamağa çalışmaq lazımdır.

Elmi-Metodiki Mərkəzin direktoru Asif Usubəliyev bildirib ki, xüsusi qayğıya ehtiyacı olan insanlarla birgə yeni layihələr hazırlanacaq və bu səpkidə tədbirlər davam etdiriləcək.

Seminarda 20-yə yaxın xüsusi qayğıya ehtiyacı olan sənətkarın əl işləri, tikmə, qrafika, xalçaçılıq və s. sənət əsərləri nümayiş olunub və milli musiqimizin bir birindən dəyərli nümunələri, “Ol” teatrı üzvlərinin çıxışları dinlənilib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Türkiyədə şəhid düşən əsgərin bacısı dəfn mərasiminə qardaşının formasınında.... Gözlər hər şeyi deyir...

Redaktor seçimi

SON XƏBƏRLƏR