Dərc edildi: Baxış sayı: 734
Xüsusi karantin rejimi iki həftə uzadılır?- RƏSMİ
“İyulun 5-dən sonra xüsusi karantin rejiminin daha iki həftə uzadılması barədə fikirlər var”.
Ens.az Oxu.az-a istinadən xəbər verir ki,bunu Nazirlər Kabineti yanında operativ qərargahın bu gün keçirdiyi brifinqdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Adminstrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
O bildirib ki, bu gün ölkədə pandemiya ilə bağlı vəziyyət ölkə başçısının və Birinci vitse-prezidentin nəzarətindədir:
“Fikir var ki, sərt karantin rejimi 5 iyul tarixindən sonra daha iki həftə müddətinə uzadılsın. Bu barədə qəbul ediləcək qərarlar qarşımızdakı günlərdə ictimaiyyətə elan ediləcək”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət