Slimfit
  1. AZƏRBAYCAN

Xüsusi karantin qaydalarını pozan sürücü həbs edildi

Xüsusi karantin qaydalarını pozan sürücü həbs edildi
Sakura
:0

Xüsusi karantin qaydalarını pozan sürücü həbs edildi

Koronavirus pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması məqsədi ilə ölkə ərazisində elan edilən xüsusi karantin rejiminin pozulması hallarına hələ də rast gəlinir.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Axar.az-a verilən məlumata görə, Suraxanı rayonu Hövsan qəsəbəsində xüsusi karantin qaydalarına əməl etmədiyi üçün “Mersedes” markalı avtomobilin sürücüsünə ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən “saxla” əmri verilib. Amma sürücü polislərin qanuni tələbinə əməl etməyərək qaçmağa cəhd göstərib.

Ərazi üzrə Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində həmin sürücü, Bakı şəhərində yaşayan Əli Zeynallının saxlanılması qısa zamanda təmin edilib.

O, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə təqsirli bilinərək, məhkəmənin qərarı ilə inzibati qaydada həbs edilib.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycanın görkəmli şairləri Balaş Azəroğlu və Mədinə Gülgün həyat yoldaşı olmuşlar.

Redaktor seçimi

SON XƏBƏRLƏR