Dərc edildi: Baxış sayı: 589
Xüsusi istedadı olan uşaqlar təhsilə daha tez başlaya bilərmi? - RƏSMİ
Təhsil Nazirliyi xüsusi istedada malik uşaqların vaxtından əvvəl birinci sinfə qəbul olunması ilə bağlı məsələyə aydınlıq gətirib.
Ens.az Oxu.az-a istinadən xəbər verir ki, Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarəolunması şöbəsinin əməkdaşı Elçin Kərimov bildirib ki, həmin uşaqların vaxtından əvvəl birinci sinfə qəbul edilməsi mümkün deyil.
“Yalnız təqvim ili ərzində altı yaşı tamam olan uşaqlar birinci sinfə qəbul edilə bilər”, - deyə nazirlik rəsmisi əlavə edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət