Dərc edildi: Baxış sayı: 781
Xurşidbanu Natəvan - Oldum
Əya Nəvvab, valayi-süxəndan,
Yetişdi naməniz dilşad oldum.
Qəmü dərdim firavan idi, amma
Behəmdüllah genun azad oldu.
Sərasər şeiriniz öz ruyi-hikmət,
Qamu məzmunları mehrü məhəbbət,
Möhübbə rəhmətü ədvanə zillət,
Bu şirin ləhcəyə mötad oldum.
Sizə lütfi-xuda olsun müraqib,
Əta qılsun dəxi əla məratib.
Yetə bədxahə gər, əşhabi-saqib,
Xərab olsam da gər, abad oldum.
Qəmi-əyyamidən çox natəvanəm,
Əliləm, naxoşam, afsordə canəm,
Bu tətildən özüm də bədgümanəm.
Məgər kuhi-qəmə Fərhad oldum.
Unutma sən duadan Natəvanı,
Əlilü naxoşu əfsordə canı,
Cənabında səva yoxdur gümanı,
Əgər yaddan çıxam bərbad oldum
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət