Xudat Şəhər Xəstəxanası fəaliyyətini dayandırır? - RƏSMİ
Sosial şəbəkələrdə Xudat Şəhər Xəstəxanasının fəaliyyətinin müvəqqəti dayandırılması və müəssisədə çalışanların işdən azad edilməsi ilə bağlı yayılan məlumatlar əsassızdır.
Bu barədə Oxu.Az-a TƏBİB-in mətbuat xidmətindən məlumat verilib.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi bununla əlaqədar bildirir ki, agentliyin nümayəndələri Xudat Şəhər Xəstəxanasının yerləşdiyi binaya baxış zamanı xəstəxananın vəziyyətinin əhaliyə xidmət baxımından qənaətbəxş olmadığı müəyyən edilib və mövcud çatışmazlıqların aradan qaldırılması istiqamətində tədbirlər görülməsi barədə qərar qəbul olunub.
Bir daha qeyd edirik ki, ölkədə icbari tibbi sığortanın tətbiqi ilə əlaqədar tibb müəssisələrində ixtisarların aparılması nəzərdə tutulmayıb. Əksinə, icbari tibbi sığortanın tətbiqi çərçivəsində tibb müəssisələrində xidmət keyfiyyətinin yüksəldilməsi, eləcə də tibb işçilərinin əməkhaqlarına əlavələrin hesablanması qaydası təsdiqlənib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət