Dərc edildi: Baxış sayı: 1578
Xoşbəxt nikahın sirri. Ər-arvad arasında yaş fərqi bu qədər olmalıdır
Emori Universiteti (ABŞ) alimləri sübut ediblər ki, ər ilə arvad arasında yaş fərqi nikahın uzunomürlü olub-olmamasına birbaşa təsir edir.
Saglamolun.az xarici KİV-lərə istinadla xəbər verir ki, araşdırmada 3000-dən çox ailə cütlüyü iştirak edib.
Məlum olub ki, insanlar arasında yaş fərqi nə qədər çoxdursa, tez boşanmanın riski də bir o qədər çoxdur. Ər ilə arvad arasında 20 və bundan çox yaş fərqi olduqda 1-ci il ərzində boşanmanın ehtimalı 95%-dir.
Bu fərq 10 yaşdırsa, boşanmanın riski 39, 5 yaşdırsa - 18%-dir.
Alimlərin müşahidələrinə görə, ər-arvad arasında yaş fərqi nə qədər azdırsa, boşanmanın da riski bir o qədər azdır. Bu fərq 1 yaşdan az olduqda boşanmanın riski 3% qədər azalır.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət