Dərc edildi: Baxış sayı: 505
Xorvatiya millisindən kənarlaşdırılan futbolçu dünya çempionatının gümüş medalından imtina edib
Rusiyadakı dünya çempionatının gedişində Xorvatiya millisinin heyətdən kənarlaşdırılan Nikola Kaliniç ona verilən gümüş medaldan imtina edib.
“Report” "Sport News"a istinadən xəbər verir ki, bu barədə 30 yaşlı hücumçunun özü bildirib. O, gümüş medalı istəmədiyini söyləyib: "Medal üçün təşəkkür edirəm. Amma mən Rusiyadakı mundialda oynamamışam".
Qeyd edək ki, daha öncə Xorvatiya Futbol Federasiyasının sözçüsü Tomislav Paçak Nikola Kaliniçə medal veriləcəyini deyib. Kaliniç DÇ-2018-in qrup mərhələsində Nigeriya ilə görüşün sonlarında (2:0) əvəzetmədən meydana daxil olmaqdan imtina etdiyi üçün heyətdən kənarlaşdırılmışdı.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət