Slimfit
  1. İDMAN

Xorvatiya gimnastı: Tamaşaçıların dəstəyi mənim əhvalımı yüksəltdi

Xorvatiya gimnastı: Tamaşaçıların dəstəyi mənim əhvalımı yüksəltdi
Sakura

Xorvatiya gimnastı: Tamaşaçıların dəstəyi mənim əhvalımı yüksəltdi

 

Bakıda tamaşaçılar idmançıları çox gözəl dəstəkləyirlər.

Bunu Trend-ə Xorvatiya gimnastı Lana Sambol təsnifat yarışlarındakı çıxışından sonra deyib. O, öz çıxışından razı qalmadığını bildirib:

“Xeyli səhvlər etdim. Amma hər şey yaxşı keçdi, çünki tamaşaçılar məni çox dəstəklədi və davamlı alqışladı. Aldığım bu dəstək əhvalımı yüksəltdi. Sabah daha yaxşı çıxış etməya çalışacağam”.

Bakıda keçirilən yarışlarda ikinci dəfə çıxış edən gimnast burada təşkilatçılığın yüksək səviyyədə olduğunu vurğulayıb.

Qeyd edək ki, Milli Gimnastika Arenasında keçirilən dünya çempionatına Azərbaycan 9 gimnastla qatılıb. Fərdi proqram üzrə yarışlarda Zöhrə Ağamirova, Veronika Qudis, Yelizaveta Luzan və Məryəm Səfərova güclərini sınayacaqlar. Qrup hərəkətlərində isə komandamızın heyətində Ayşən Bayramova, Diana Əhmədbəyli, Aliyə Paşayeva, Zeynəb Hümmətova və Darya Sorokina yer alıblar.

 

Çempionatda fərdi proqramda çoxnövçülük üzrə ilk 16-lıqda yer alan gimnastlar (bir ölkədən maksimum 2 gimnast olmaqla) lisenziya əldə etmiş olacaqlar. Qrup hərəkətləri komandalarına gəldikdə isə, ötən ilin dünya çempionatının nəticələrinə əsasən, Bolqarıstan, Rusiya və İtaliya artıq lisenziyanı təmin ediblər. Çempionatda çoxnövçülük xalları üzrə daha 5 ən yaxşı komanda Olimpiadaya vəsiqə qazanacaq.

61 ölkədən 300-dən artıq gimnast çempionatda 9 dəst medal uğrunda mübarizə aparacaq.

Dünya çempionatı 16-22 sentyabrda keçiriləcək.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şuşada Molla Pənah Vaqifin ağacdan oyma heykəli -1985-ci il

Redaktor seçimi

SON XƏBƏRLƏR